Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rüstəm İbrahimbəyovdan ikibaşlı açıqlama
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rüstəm İbrahimbəyovdan ikibaşlı açıqlama

Rüstəm İbrahimbəyovdan ikibaşlı açıqlama


Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyov «Kavkazskaya politika»ya müsahibəsində Qarabağ münaqişəsi haqda danışıb. Rüstəm İbrahimbəyov bildirib ki, Qarabağ yalnız Azərbaycanın torpağı deyil: «Lazım olsa, döyüşə də başlayaram. Ancaq sülhün tərəfdarıyam. Mən indi müharibədən danışmaq istəmirəm. Ona görə ki, müvəqqəti adamam. Bu problemin həlli yoluna yeni seçiləcək parlament qərar verəcək. Biz Qarabağı verə bilmərik, ancaq ermənilərə azərbaycanlılarla eyni hüquqlarının olacağına zəmanət verməliyik. Məsələ burasındadır ki, Qarabağ təkcə torpaq deyil, həm də regionun erməni əhalisinindir. Biz o torpağı, ancaq həmin əhali ilə birlikdə qaytara bilərik. Ermənilər anlayışlı xalqdır. Onlar bizi başa düşəcəklər».
Buna münasibət bildirən politoloq Cümşüd Nuriyev Rüstəm İbrahimbəyovun açıqlamasından bir azərbaycanlı kimi şoka düşdüyünü vurğuladı: «Onun azərbaycanlı olmasına artıq şübhə ilə yanaşıram. Bu insan bir şeyi dərk eləmir ki, ermənilər bu toprağa gəlmədi. Qarabağ isə Azərbaycan dövlətinin ərazisidir. Necə yəni orada yaşayırdı? Bu birmənalı şəkildə Rusiya separatizminə açıq şəkildə rəvac verir. Bu adam etniklərə səslənir ki, Qarabağ presedentindən siz də istifadə edin. O, Azərbaycan dövlətçiliyinin əleyhinə olan bir insandır. İnsan gərək nə qədər düşüncəsiz ola və ya öz xalqına, dövlətinə qənim kəsilə ki, belə danışa. Bunun məntiqi izahı yoxdur. Bu insanın kosmopolit olduğunu bilirdim. Amma psixoloji problemləri olduğundan xəbərim yox idi. O, özünü müalicə etdirsə yaxşıdır».

Əli

Geri dön