Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suriyalı ermənilərə Ermənistanda ev və vətəndaşlıq veriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Suriyalı ermənilərə Ermənistanda ev və vətəndaşlıq veriləcək

Suriyalı ermənilərə Ermənistanda ev və vətəndaşlıq veriləcək


Ermənistana gələn suriyalı ermənilərin sayı təxminən 10.000 nəfərə çatıb.
Ermənistan Diaspora Nazirliyinin əməkdaşı Lusin Stepaniyan deyib ki, bu rəqəm ötən il 6000 nəfər olub: “Suriyada ümumiyyətlə 100 min erməni yaşayır. Gəlmələrə İrəvanda ev tapmaqla yanaşı, iş tapmaq da müşkülə çevrilib. Amma Hələbdən gələnlər arasında zəngin insanlar da var ki, onlar dövlət yardımı ilə ev alacaqlar”.
Lusin Stepanyanın sözlərinə görə, onlar sadəcə ev qiymətlərinin yarısını verməli olacaq: “Ermənistan hökuməti gələnlərə vətəndaşlıq verilməsi prosesini sürətləndirəcək. Artıq 2700 nəfər suriyalı erməni vətəndaşlıq üçün aidiyyatı qurumlara müraciət edib”.
Ötən ay Ermənistan hökuməti bəyan edib ki, İrəvandan 20 km uzaqlıqdakı Aştarak sənayə bölgəsində “Yeni Hələb” adlı qəsəbə salınacaq. 5 hektarlıq qəsəbədə Suriyadan gələn minlərlə qaçqın yerləşdiriləcək. Amma Diaspora komitəsi ermənilərin Suriyada qalmasında daha maraqlıdır. Bu, Yaxın Şərqdə Ermənistana əlavə xal qazandırır. Lakin Suriya erməniləri Hələbdə yaşadığından və bu şəhər tamamilə dağıdıldığından ermənilərin kütləvi şəkildə İrəvana üz tutacağı gözlənilir. Bəlkə də məhz buna görə Ermənistan hökuməti gələn suriyalılara çox da maddi yardım göstərməyə can atmır, çünki bu, minlərlə erməninin gəlməsinə əlavə səbəb ola bilər.

Geri dön