Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanın iqtisadi çöküşü sürətlənir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Ermənistanın iqtisadi çöküşü sürətlənir

Ermənistanın iqtisadi çöküşü sürətlənir


Ermənistanda hakimiyyətdə olan rəsmilər ölkə iqtisadiyyatında guya dirçəliş baş verməsi, işsizliyin sayının getdikcə azalması, əhalinin sosial vəziyyətinin yaxşılaşması haqda ağızdolusu danışıb dünya ictimaiyyətinə yalan məlumatlar vermələrinə baxmayaraq, faktlar tamamilə bunun əksini deyir.Hətta iş o yerə çatmışdır ki, güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan “ Ermənistan xəbərləri “ jurnalı da ölkədə movcud real həqiqətləri etiraf etməyə məcbur olmuşdur.
jurnalında dərc olunan “Ermənistanda gənclərin 60 faizi işsizdir” sərlövhəli məqalədə qeyd olunur ki, ölkə rəhbərliyinin işsizliyin azaldığı baradəki pafoslu məlumatına baxmayaraq, bu sahədə acınacaqlı vəziyyət mövcuddur, işsizlik azalmaq əvəzinə getdikcə artmaqdadır.Qeyri-rəsmi məlumatlara görə isə ölkədəki gənclərin 75 faizi işsizdir.
Ayrıca Ermənistanın iqtisadi çöküşü sürətlənir,Ermənistanda 2013-cü ildə əhali arasında aparılan sorğu nəticəsində məlum olub ki, əhalinin 43 faizi son iki il ərzində ölkədə korrupsiyanın (iqtisadi fisad) səviyyəsinin artdığını bildirib. bu araşdırma 10 ildir keçirilir. Bu dəfəki araşdırma 2012-ci ilin sentyabrından 2013-cü ilin martınadək dünyanın 107 ölkəsində keçirilib. Ermənistanda bununla bağlı Sorğunun yekunlarına görə, Ermənistanda 82 faiz insan yolsuzluqda (iqtisadi fisad) ciddi və ya olduqca ciddi bir problem olduğunu fikirləşir. Əhalinin 21 faizi hökumətin korrupsiya(iqtisadi fisad) ilə mübarizə üzrə gördüyü tədbirləri səmərəli, 53 faizi isə qeyri-səmərəli hesab edir. Varujan Oktanyan bununla bağlı bildirir: "Ermənistanda əhalinin fikrincə, korrupsiyanın(iqtisadi fisad) ən geniş yayıldığı sahələr dövlət məmurları və ya ictimai xadimlər, məhkəmə sistemi və səhiyyədir. Dördüncü yerdə isə polis sistemi dayanır.

Geri dön