Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Elbəyi Həsənli:İrandan ayrılmaq uğrunda əsasən türklər və kürdlər mübarizə aparırlar- Müsahibə
Elbəyi Həsənli:İrandan ayrılmaq uğrunda əsasən türklər və kürdlər mübarizə aparırlar- Müsahibə |
Müsahibimiz, İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənlidir.
-Elbəyi bəy, İran mətbuatı Güney Azərbaycan ərazilərini kürd torpaqları kimi qələmə verir. Sizcə, bu nəyə hesablanmış addımdır? -İran rejimi farsların maraqlarını qoruyur. Qədim Roma imperiyasından qalmış "Parçala-hökm sür" prinsipindən yararlanan farslar, İrandakı etnik qrupları bir-birinə düşmən edərək hakimiyyəti qoruyub saxlamağa çalışır. İrandan ayrılmaq uğrunda əsasən türklər və kürdlər mübarizə aparırlar. -Bəlkə bununla azərbaycan türkləri ilə kürdlər arasında nifaq salmağa çalışır. Bu fikir nə qədər əsaslı ola bilər? Sizcə, rejim buna nail ola biləcəkmi? -Ona görə də onların birgə mübarizə ehtimalının qarşısını almaq üçün bu qarşıdurmaya rəvac verirlər. Amma inanmıram ki, bu hiylə baş tutsun. Düzdür, bizim kürdlərlə bir sıra coğrafi məkanlarda maraqlarımız kəsişir. Buna baxmayaraq, kürdlərlə türklərin İrandan ayrılma məsələsində ortaq məxrəcə gəlmə ehtimalı böyükdür. Və bildiyim qədər bu istiqamətdə ciddi danişıqlar gedir. Həm də İranda türk nüfuzu o qədər yüksəkdir ki, kürdlərin belə bir güc mərkəzinə qarşı da mübarizə aparması tam perspektivsiz görünür. Xatırladım ki, İran nazirlərindən biri Türkiyədə olarkən bəyan etdi ki, İran əhalisinin 40 faizi türklərdən ibarətdir. Hazırda kürdlərlə türklərin münasibəti "mehriban düşmən" səviyyəsindədir. Amma dediyim kimi hər iki tərəf başa düşür ki, müttəfiq olmadan İran-fars imperiyasından qurtulmaq zor görünür. Son vaxtlar türk dünyasında gedən ciddi milli oyanışla bağlı proseslər də şübhəsiz ki, İrandakı türk toplumunun güclənməsinə təkan verir. Əminəm ki, şiəliyə söykənən teokratik sistem İranda iflasa uğrayan kimi bu ölkə keçmiş SSRİ Şürəvi) kimi param-parça olacaq.... Onu da deyim ki, bizim kürdlərlə münasibətlərimiz nəhəng bir coğrafi məkanda mövcuddur. İrandan başqa Suriya və İraqda da üz-üzə gəlirik. İraqda kürd axını türkmənləri faktiki (əmələn) Kərkükdən sıxışdırıb kənara atdı. Türkiyə və Azərbaycandan səs çıxmadı. Suriyada da 2 milyondan artıq türkmən yaşayır. Qeyd edim ki, bu türkmənlər oğuz türkləridir və daha çox Azərbaycan türklərinə yaxındırlar. Bunların böyük bir hissəsi özünü Azərbaycan türkləri kimi tanıyırlar. Yəni kürdlərlə türklərin müəyyən məqamlarda maraqları üst-üstə düşür, bəzənsə antoqanist ziddiyyət xarakteri alır. Amma istənilən halda bizim güclü olmağımız son dərəcə önəmlidir. Ən azı ona görə ki, tərəfə öz iradəsin diktə edir. Güclü olmağımız üçünsə siyasi baxımdan təşkilatlanmağımız lazımdır. Bu mənada Azərbaycan dövlətinin üzərində böyük bir missiya (fəaliyyət) var. Ümid edirəm ki, gizli şəkildə bu missiya yerinə yetirilir...Əks təqirdə zamanı gələndə ciddi itkilərlə üzləşə bilərik... Elnur Eltürk Geri dön |