Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi keçiriləcək

Azərbaycanda ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi keçiriləcək


Elm və texnologiyalar sahəsində dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən tətbiqi və innovasiya xarakterli ixtiraların, texnologiyaların yaradılması, həmçinin ölkədə elmin, yaradıcılığın, iqtisadiyyatın aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndislərin və təsərrüfat subyektlərinin daha yaxından cəlb edilməsi məqsədilə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin əmri əsasında «İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin keçirilməsi Qaydaları» təsdiq edilib.


Bu barədə Komitənin informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.



Müsabiqənin üstünlükləri Azərbaycanda ixtiraların, yeni texnologiyaların yaradılmasının həvəsləndirilməsi, ixtiraçılıq fəaliyyətinin və innovasiyaların stimullaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, perspektivli patentlərdən istifadə hallarına köməklik göstərilməsindən ibarətdir. Müsabiqə hər il aprel ayında müxtəlif nominasiyalarda, müsabiqə keçirilən ildən əvvəlki ildə qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə Komitədə yaradılan Təşkilat Komitəsi tərəfindən təşkil olunaraq keçiriləcək.



İxtiraçılıq sahəsində nailiyyətlərə görə ilk Respublika Müsabiqəsinin 2012-ci ildə qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə keçirilməsi nəzərdə tutulub. Sənəd qəbuluna sentyabrın 2-dən etibarən başlanacaq.

Geri dön