Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > TQDK keçid ballarına aydınlıq gətirdi
TQDK keçid ballarına aydınlıq gətirdi |
İxtisas seşimi avqustun 6-dan 15-dək internetlə aparılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə sənəd verən abituriyentlər üçün keçid balları ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. Komissiyanın mətbuat xidmətindən bildirilib ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir. Buan görə də abituriyentlər keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərə almalıdırlar. Bununla yanaşı, TQDK 3-cü qrup üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait dərc edib. "Abituriyent"in bu xüsusi buraxılışında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı, onların imtahanda topladığı balların paylanmasına dair məlumatlar elan edilib. Bu da da abituriyentlərə ixtisas seçimində düzgün istiqamət götürməyə, ağıllı seçim etməyə yardımçı olacaq. dən almaq və ya onu www.abiturient.az saytından sifariş etmək olar. İxtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq 2012-ci ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları da dərc olunub. Qeyd edək ki, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də keçirilib. imtahan nəticələri dünən açıqlanıb. Bu qrup üzrə ixtisas seçimində ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seşimi avqustun 6-dan 15-dək internetlə aparılacaq. İxtisas seçiminə buraxılmış abituriyentlər qəbul olmaq istədikləri 15-dək ixtisas kodunu "İxtisas seçimi ərizəsi"ndə qeyd edəcəklər. Geri dön |