Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Hacıbala Abutalıbov 4,7 milyon manat cərimələndi
Hacıbala Abutalıbov 4,7 milyon manat cərimələndi |
Məhkəmə BŞİH-ə qarşı 17 milyon manatlıq iddianı qismən təmin edib
Nəsimi Rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə "İntur-avto" açıq səhmdar cəmiyyətinin sədri Aydın Heydərovun Bakı Şəhər İcra Hakkimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova qarşı mülkiyyət hüququnun pozulmasına dair iddiasına baxılıb. Bu barədə iddiaçının vəkili Kamandar Nəsibov məlumat verib. Onun sözlərinə görə, iddiaçının Bakı şəhər İcra Hakimiyyətinə qarşı pul tələbi qismən təmin edilib və BŞİH-in 4 milyon 700 min manat məbləğində cərimələnməsinə dair qərar çıxarılıb. Qeyd edək ki, ilkin iddianın qiyməti 17 milyon 634 min 70 manat maddi, 50 min manat isə mənəvi zərər olaraq göstərilib. İddiaya səbəb Heydər Əliyev Mərkəzinin tikintisi ilə əlaqədar aparılan söküntü işləri zamanı "İntur-avto" ASC-yə məxsus 3-4 mərtəbəli tikililərin qanunsuz olaraq sökülməsi, müxtəlif orada olan avadanlıqların daşınıb aparılmasıdır. "Oraya xüsusi briqadalar gətirilirdi, taxtalar ayrıca, dəmirlər ayrıca mütəxəssislər tərəfindən sökülərək aparıldı, sonra isə tikililəri sökdülər. Qanunsuz söküntü və materialların, avadanlıqların daşınması işinə rəhbərlik edən BŞİH-in məsul əməkdaşı Zülfəli İsmayılov və Nərimanov rayonu Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə vəsatət versəm də, hakim təmin etmədi", deyən Kamandar Nəsibov əlavə etdi ki, iddia tam təmin edilmədiyi üçün Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklər. Geri dön |