Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Bakıda tikilən nəhəng stadion belə olacaq
Bakıda tikilən nəhəng stadion belə olacaq |
Stadion 65 min tamaşaçı tutacaq
Bakıda Olimpiya Stadionunun tikintisi sürətlə davam etdirilir. Təməli 6 iyun 2011-ci ildə qoyilan nəhəng tikilinin alt hissəsində - bünövrəsində işin böyük hissəsi artıq geridə qalıb. Tikinti meydançasına işə yüzlərlə iri-xırda texnika cəlb edilib. İş 3 növbəli rejimdə davam etdirilir. Bakıya öz müasir tikinti üslubu ilə rəng qatacaq və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub. Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb. Qeyd edək ki, stadionun təməlini prezident İlham Əliyev, FİFA və UEFA prezidentləri qoyublar. 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının açılışının burada keçirilməsi planlaşdırılır. Stadion Bakının Böyük Şor qəsəbəsində, “Koroğlu” metro stansiyasının yaxınlığında tikilir. Geri dön |