Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əmlak Məsələləri Dövlət Komitəsinin yeni inkişaf strategiyası hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Əmlak Məsələləri Dövlət Komitəsinin yeni inkişaf strategiyası hazırlanıb

Əmlak Məsələləri Dövlət Komitəsinin yeni inkişaf strategiyası hazırlanıb


Bu gün Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 2013-2017-ci illər üçün Strategiya Planının təqdimatı keçirilib.Tədbirdə çıxış edən ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib ki, Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində beynəlxalq məsləhətçilər tərəfindən hazırlanıb. Strategiya Planı yaxın beş il üçün Komitənin əsas fəaliyyət istiqamətləri üzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir.



ƏMDK-nin fəaliyyəti daha modern, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib.



Sədr müavinin sözlərinə görə, Strategiya Planının hazırlanmasına ƏMDK tərəfindən Dünya Bankının dəstəyi ilə Niderland və Almaniyadan olan 4 beynəlxalq məsləhətçi cəlb edilib.



Daha sonra beynəlxalq məsləhətçi Pyet Platinqa (Piet Platinga) tərəfindən strategiya planı və Komitənin qurumları üçün biznes planların təqdimatı olub.



Təqdimatda həmçinin beynəlxalq təşkilatlardan Dünya Bankının Azərbaycan ofisi, Almaniyanın KfW Bankının Azərbaycan nümayəndəliyi, Almaniyanın GIZ təşkilatının nümayəndələri, daşınmaz əmlakla bağlı maraqlı tərəflər və tərəfdaş təşkilatlar iştirak ediblər.

Geri dön