Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Metsamor stansiyasında qəza Azərbaycanda əhalinin kütləvi köçürülməsinə səbəb ola bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Metsamor stansiyasında qəza Azərbaycanda əhalinin kütləvi köçürülməsinə səbəb ola bilər

Metsamor stansiyasında qəza Azərbaycanda əhalinin kütləvi köçürülməsinə səbəb ola bilər


Avstriya Ekologiya İnstitutunun mütəxəssisləri Avropa regionunun atom elektrik stansiyalarında mümkün qəzalar nəticəsində radioaktiv çirklənmə risklərinin qiymətləndirilməsi işini başa çatdırıblar. Tədqiqatda Ermənistandakı Metsamor stansiyasının işinin dayandırılmasını istəyən azərbaycanlı ekoloqların narahatlıqları da əksini tapıb.

Analiz göstərir ki, Metsamor stansiyasında ağır qəza nəticəsində Azərbaycanın bütün ərazisi Sezium-137 ilə çirklənə bilər, bütün ərazinin çirklənmə sıxlığı kvadratmetrə 100 kilobekereldən artıq olar, bu isə öz növbəsində kənd təsərrüfatı üçün təhlükə yaradar. Bakıda isə radioaktiv çirklənmənin kvadratmetrə 1000 kilobekereldən də artıq olması, paytaxt əhalisinin evakuasiyasına gətirməsi mümkündür.

Hesablamalar göstərir ki, Metsamor AES-də mümkün ağır qəza Ermənistan və Gürcüstan ərazilərinin güclü çirklənməsinə gətirib çıxara, Kür və Araz çaylarının ağır çirklənməsini doğura bilər. Nəticədə radionuklidlər yerüstü və qrunt suları vasitəsilə Azərbaycan ərazisinə düşər və bir sıra rayonların əhalisini evakuasiya etməyə ehtiyac yaranar.

Ekoloq Fikrət Cəfərov deyir ki, nüvə enerjisi təhlükəlidir və qəza nəticəsində yalnız AES yerləşən ölkə deyil, qonşu dövlətlər də təhlükəyə məruz qalacaqlar: “Biz inanırıq ki, Cənubi Qafqaz ölkələri qeyri-nüvə enerjisi - bərpa olunan enerji mənbələrindən geniş istifadə yolu seçə biləcək və Qafqazda sonuncu nüvə reaktoru tezliklə bağlanacaq. Bununla da Azərbaycanın radioaktiv çirklənməsindən qorunmuş olacağıq”.

Geri dön