Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Dünya Sayokan Federasiyasının rəhbərləri Qənirə Paşayeva ilə görüşüblər
Dünya Sayokan Federasiyasının rəhbərləri Qənirə Paşayeva ilə görüşüblər |
Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Türk Döyüş idman növü - Dünya Sayokan Federasiyasının (DSF) rəhbəri Yabğu Nihat İgid, DSF-ın prezidenti, Karabük Universitetinin professoru Unal Ozdemir, DSF-ın vitse-prezidenti Mücahit Coşqun və Azərbaycan Sayokan Federasiyasının rəhbəri Vasif Namazovla görüşüb.
Atatürkün “Azərbaycanın acısı bizim acımız, sevinci bizim sevincimiz” və Heydər Əliyevin “biz bir millət, iki dövlətik” kəlamlarını xatırladan millət vəkili gücümüzün birlikdə olduğunu qeyd edib. O, Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütövlükdə türk dünyası üçün önəm daşıdığını vurğulayaraq, iki qardaş ölkənin tərəqqisinin digər türksoylu xalqlar, respublikalar və əslində bütün region üçün faydalı olduğuna dair fikirlərini bölüşüb. Diqqəti Azərbaycan torpaqlarının işğalı faktına, bu faktın bütün türk dünyasını narahat etməli olan bir məsələ kimi xarakterizəsinə yönəldən Q. Paşayeva Azərbaycan həqiqətləri barədə ətraflı danışıb, fikir mübadiləsi aparılıb. Öz növbələrində, qonaqlar bildiriblər ki, Azərbaycanı öz vətənləri bilir, ölkəmizlə bütün sahələrdə əməkdaşlığın genişlənməsinə sevinirlər. “Türk birliyinin güclənməsində idmanın da rolu çox böyükdür” deyən qonaqlar Sayokan türk döyüş növünün Türk dövlətlərində və toplumlarında inkişafının vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə türk dövlətlərində beynəlxalq səviyyədə yarışların, tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Sayokan döyüş növünün son illərdə inkişafından məmnun olduğunu deyən Q. Paşayeva bildirib ki, bu, sadəcə bir idman növü deyil, onun böyük fəlsəfəsi var: “Gənclərimizin onu öyrənməsi və sahib çıxması olduqca vacib və əhəmiyyətlidir”. O, Sayokan döyüş növünün son zamanlar Azərbaycanda da yayılmasından və inkişafından sevindiyini, bu istiqamətdə işlərin daha da sürətlənməsinin vacibliyini vurğulayıb. Q. Paşayeva bildirib ki, bir millət vəkili olaraq, bu istiqamətdə əlindən gələn dəstəyi göstərməyə çalışacaq. Görüşün sonunda millət vəkili qonaqlara Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar və materiallar hədiyyə edib. Geri dön |