Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat, DAVAMın yazıları > Dövriyyədə olan pulkütləsi artır
Dövriyyədə olan pulkütləsi artır |
Məlumata görə, Azərbaycanda geniş mənada pul kütləsi artmaqda davam edir. Belə ki, ilin əvvəlində aprel ayınadək 919,10 mln manat artaraq aprel ayında 16921,3 mln manat olmuşdur. Lakin banklardan kənar nağd pul keçən aya nisbətən azalaraq 8983,9 mln manat olub. Qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan manatla tələb edilənədək depozitlər artaraq 2147,0 mln manat , manatla müddətli depozitlər isə 2891,1 mln manata qalxmışdır. Onu da qeyd edək ki, pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Maliyyə bazarları inkişaf etdikcə pul kütləsinə daxil edilən aktivlərin də sayı artır. Azərbaycan praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: bunlardan biri də geniş mənada pul kütləsidir ki, bu da manatla tələb olunanadək əmanət və depozitlər, manatla müddətli əmanət və depozitlər və sərbəst dönərli valyutada əmanət və depozitlər deməkdir.
Qeyd edək ki, dollar və avronun həddən artıq ucuzlaşmasının qarşısını almaq üçün Mərkəzi Bank son illərdə mütəmadi olaraq bu valyutaların alışını həyata keçirir. Bu isə dövriyyəyə əlavə pul kütləsinin daxil olması ilə nəticələnir. Bu arada isə məlum olub ki, Azərbaycanda pul kütləsinin həcmi 2013-cü il iyunun 1-nə 17 milyard 109,4 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 529,9 milyon manat və ya 17,4% çoxdur. Təkcə bu ilin yanvar-may aylarında geniş mənada pul kütləsi 334,1 milyon manat və ya 2 % artıb. Qeyd edək ki, pul kütləsinin strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir. Son bir il ərzində nağd manat kütləsi 1 milyard 588,3 milyon manat və ya 21,2% artıb. Beləliklə, manat pul kütləsinin artımının 59,2%-i nağd pullarının artmasının payına düşür. Təbii ki, pul kütləsinin artımının müəyyən mənfi fəsadları da mövcuddur. Bu, ilk növbədə bahalaşma prosesilə bağlıdır. Xatırladaq ki, son dövrlər ölkəmizdə müəyyən bahalaşma yaşanmaqdadır və dövriyyədə olan pul kütləsinin artımı buna təsirsiz ötüşmür. Beləliklə, pul kütləsinin artımı inflyasiyaya da yol açan əsas amillərdəndir. Dövriyyədə olan pul kütləsinin daha da artmasına təsir edən əsas səbəblərdən biri dövlətin kapital xərclərinin çoxalmasıdır. Məsələ beynəlxalq təşkilatların da xüsusi diqqət mərkəzindədir və onlar da Digər tərəfdən, pul kütləsinin artımı milli valyutanın xarici pul vahidlərinə nisbətdə dəyərdən düşməsinə təsir göstərən amillər sırasında yer alır. Bu gün dolların kəskin ucuzlaşmasına yol verməmək üçün dövriyyəyə manatla əlavə pul kütləsi buraxılır. Nəticədə manatın alıcılıq qabiliyyəti bir qədər də azalır və qiymət artımı sürətlənir. Pul kütləsinin artımına digər müxtəlif amillər də təsir edir. Bunlara misal olaraq yüksək iqtisadi artım tempi, xaricdən böyük həcmdə neft pullarının daxil olması, eləcə də büdcədən sosial məqsədlər üçün ayrılan vəsaitin çoxalmasını və digərlərini göstərmək olar. Yeri gəlmişkən bildirək ki, yaxın aylarda pensiyaların artımı baş tutacaq. Pensiyaların təxminən 15-20% səviyyəsində artacağı gözlənir. Dövlət Sosial Müdafiə Fondu ölkə başçısına pensiyaların artırılmasına dair müvafiq təkliflərini verib və hazırda Prezidentin bu barədə sərəncamı gözlənir. Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, pensiyaların artırılması avqust, ən geci isə sentyabrda baş verəcək. Qeyd edək ki, pensiyaların təxminən 15-20% səviyyəsində artması nəzərdə tutulur. Bütün bunlar isə dövriyyəyə əlavə pul kütləsinin daxil olmasına gətirib çıxaracaq. Bundan başqa, əhalinin çoxunun nağd əməliyyatlara üstünlük verməsi də bu prosesə təsir edir. Faktdır ki, əhali hələ də nağd əməliyyatların aparılmasına üstünlük verir. Nəticədə dövriyyəyə əlavə pul kütləsi buraxmaq zərurəti yaranır. Əlavə pul kütləsi isə inflyasiyaya yol açan amillər sırasında yer alır. Qeyd edək ki, artıq Azərbaycan iqtisadiyyatı üçün prioritet məsələlərdən biri inflyasiyaya qarşı mübarizənin aparılmasıdır. Təbii ki, inflyasiya ilə mübarizə yalnız qiymətlərin tənzimlənməsi, süni qiymət artımlarına qarşı mübarizənin aparılması formasında deyil, dolayı metodlardan, eləcə də maliyyə sektorunun imkanlarından istifadə etməklə həyata keçirilir. Nağd pul kütləsinin artması Mərkəzi Bankın pul dövriyyəsinə təsir imkanlarının azalmasına səbəb olur. Bu səbəbdən, pul kütləsinin artması fonunda ekspertlər qeyri-nağd pul kütləsinin artımına Mərkəzi Bank tərəfindən xüsusi diqqət yetirilməsini vacib sayır. Lakin dövriyyədə olan nağd pul kütləsinin artımı təkcə Mərkəzi Bank üçün fəsadlar doğurmur, bu, eyni zamanda, sadə vətəndaşlar üçün də təhlükəli hal sayılır. Bu, ilk növbədə bahalaşma prosesilə bağlıdır. Qiymət artımının səbəblərindən daha biri subyektiv faktorlar - bəzi sahibkarlar tərəfindən qiymətlərin süni şəkildə qaldırılmasıdır. Ekspertlər yaxın aylarda pul kütləsinin daha da artacağını proqnozlaşdırır. Yuxarıda qeyd olunduğu kimi, bunun əsas səbəblərindən biri pensiya artımıdır. Pensiyalarla yanaşı maaşların da artmasının gözlənilməsi prosesə ciddi təsir edəcək. Günel Cəlilova Geri dön |