Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaxın 3 gün ərzində temperaturun yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Yaxın 3 gün ərzində temperaturun yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər

Yaxın 3 gün ərzində temperaturun yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti iyulun 23-də gözlənilən hava proqnozunu açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.



Azərbaycanın rayonlarına hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 32-37, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.



Yaxın 3 gün ərzində Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi və arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər

Geri dön