Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Misir jurnalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edilib
Misir jurnalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edilib |
Misir Ərəb Respublikasının Əl-Əhram Strateji Araşdırmalar Mərkəzinin “Demokratiya” adlı elmi jurnalının 51-ci sayında (s.182) Şeymə Əbdüssalam İbrahimin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həlli yolları” adlı elmi məqaləsi dərc edilib. Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata görə, Qarabağ probleminin təfərrüatlarına toxunan müəllif onun təkcə regional deyil, həmçinin, beynəlxalq problem olduğunu diqqətə çatdırmış, həmçinin Azərbaycanın 20% ərazisini işğal etmiş Ermənistanın BMT-nin dörd qətnaməsini yerinə yetirmədiyini, nəticədə bir milyondan çox azərbaycanlı qaçqınların öz yurdlarına qayıda bilməməsini vurğulayıb.
Müəllif eyni zamanda, Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində həllinə maneələr yaratdığını, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini, lakin Azərbaycan tərəfinin sülh danışıqlarına hər zaman hazır olduğunu qeyd edərək, Dağlıq Qarabağa ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət verilməsinin mümkün olduğunu açıqlayıb. Müəllif həmçinin qeyd edib ki, münaqişə tərəfləri məsələni mərhələli şəkildə həll etmək üçün danışıqlar yolu ilə tələblərini irəli sürə bilərlər. Burada da haqlı tərəf kimi Azərbaycan uzun illərdir ki, bu variantdan istifadə edir, lakin Ermənistan tərəfi məsələyə ciddi yanaşmır və qeyri-konstruktivlik nümayiş etdirir. Münaqişənin hərbi yolla həlli məsələsinə gəldikdə isə müəllif qeyd edir ki, ATƏT-in Minsk qrupunun indiyə qədər göstərdiyi səylər nəticə vermədiyi üçün danışıqların sonsuza qədər davam etməsi Azərbaycan tərəfindən məqbul sayılmır. Ona görə də Azərbaycan işğal olunmuş torpaqlarını hərbi yolla azad etmək üçün müəyyən addımlar ata bilər. Sonda müəllif Qafqazda müqayisə olunmaz iqtisadi və hərbi gücə malik olan Azərbaycanın iyirmi ildən çoxdur ki, sülh danışıqlarına ümid etdiyini, lakin sülh danışıqlarının qeyri-müəyyən bir vaxtadək uzanmasının Azərbaycan tərəfi üçün mümkün olmadığını vurğulayıb və Ermənistanın hal-hazırda üzləşdiyi və ilbəil artan iqtisadi-sosial problemləri ilə Azərbaycan Respublikası ilə rəqabət apara biləcək səviyyədə olmadığını bildirib. Geri dön |