Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ermənistan Naxçıvanı ayrılmaz torpaq elan etdi
Ermənistan Naxçıvanı ayrılmaz torpaq elan etdi |
Azərbaycana qarşı ərazi iddialarını göstərən sənəd beynəlxalq məhkəməyə təqdim olunacaq
Ermənistan rəsmi dairələri Azərbaycana qarşı növbəti ərazi iddası ilə çıxış edib. Modern.az saytı ABŞ-da ermənilərin buraxdığı “Kaliforniya kuryeri” qəzetinə istinadən bildrir ki, Ermənistanın baş prokuroru Aqvan Ovsepyan Beynəlxalq Ümumerməni Forumunda çıxışı zamanı Naxçıvan Muxtar Respublikasını “Ermənistanın ayrılmaz hissəsi” elan edib. O, bildirib ki, Yerevan “öz itirilmiş ərazilərini geri almalıdır”. Ovsepyan dünyanın müxtəlif yerlərindən Foruma gəlmiş erməni hüquqşünaslarını Azərbaycana qarşı ərazi iddiaları əks olunmuş hüquqi paket hazırlamağa çağırıraq, bu sənədi beynəlxalq məhkəməyə verməyə səsləyib. Forumda həmçinin Türkiyəyə qarşı da ərazi iddialarının qaldırılmasının vaxtı çatdığı deyilib. Baş prokuror çıxışında qeyd edib ki, “erməni soyqırımını” ayrlı-ayrı ölkələrin tanıması sadəcə “emossional-mənəvi” məsələdir. “İndi biz hüquqi müstəviyə keçməliyik. Bu qurbanların törəmələri maddi kompensasiya almalı, Türkiyədəki erməni kilsələri bərpa olunmalı, Ermənistan isə öz itirdiyi ərazilərini geri almalıdır”-deyə baş prokuru öz sayıqlamasında vurğulayıb. Ovsepyan Ermənistan-Türkiyə münasibətlərini tənzimləyən bütün beynəlxalq müqavilələrə yenidən baxmağa çağırıb. Bu sıraya o, 1878-ci il Berlin Konqresindən tutmuş 2009-cu ildə hazırlanmış erməni-türk protokollarını daxil edib. Ermənistan prezidenti Serj Sərkisyan isə bildirib ki, “erməni “genosidi” və onun nəticələrinin aradan qaldırılması hər zaman aktualdır: “ Türkiyə bunu etiraf etməlidir” . Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyan isə bəyan edib ki, “erməni soyqırımı” ilə bağlı olan tələbləri qaldırmaq üçün xüsusi komissiya yaradılması barədə qərar qəbul edilib. Bu dövlət komissiyası isə “hüquqi paket” hazırlayacaq. 1991-ci ildən bəri Ermənistan ilk dəfədir ki, Türkiyəyə rəsmi şəkildə açıq ərazi iddiası qaldırıb. Baş prokurorun bəyanatı və Ermənistan rəsmilərinin çıxışları göstərir ki, bütün bu iddialar elə rəsmi Yerevanın yeni təcavüzkar mövqeyidir. Azərbaycana qarşı olan növbəti ərazi iddiası isə düşmən ölkənin sərsəm siyasətinin yeni təzahürüdür. Xaqani SƏFƏROĞLU Geri dön |