Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Natiq Miri: Urmu gölü Güney Azərbaycanın milli və təbii sərvətidir- Müsahibə
Natiq Miri: Urmu gölü Güney Azərbaycanın milli və təbii sərvətidir- Müsahibə |
Müsahibimiz, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miridir.
-Natiq bəy, Urmu gölü quruyursa, bunun fəsadları nə ilə nəticələnəcək? -Urmu gölü sıradan bir göl deyil və əgər Yunesko kimi bir beynəlxalq qurum tərəfindən qeydə alınıbsa, demək ki, xüsusi əhəmiyyət daşıyır. Başqa tərəfdən. Urmu gölü Güney Azərbaycanın milli və təbii sərvətidir, həm əhalinin yaşam tərzi, dolanışığı ilə bilavasitə əlaqəlidir. Bildiyiniz kimi, Urmu gölü duzlu göldür və milyonlarla ton özündə duz ehtiyatı daşıyır. Gölün quruması nəticəsində bu duzların çox sürətlə ətrafa səpələnməsi baş verə bilər ki, bu da Güney Azərbaycan torpaqlarının şoranlaşmasına gətirə bilər. Bu isə Güney Azərbaycan türkləri üçün ekoloji və iqtisadi fəlakətə bərabərdir. Güney Azərbaycan torpaqlarında milyonlarla hektar gözəl meyvə bağları, taxıl sahələri var. Bunu nəzərə alarsaq torpağın şoranlaşmasının hansı faciələrə gətirə biləcəyini təhmin etmək olar. Urmu gölünün varlığı ekoloji sistemə təsiri ilə bağlı, iqlimə də ciddi təsiri var. Gölün quruması mülayim olan iqlimi sərtləşdirə, daha da istiləşdirə bilər ki, bu da əhali üçün ənənəvi deyil və şirin su hövzələrinin qurumasına, tükənməsinə gətirə bilər. Digər tərəfdən, Urmu gölü Azərbaycan türkləri üçün həm də gəlir mənbəyidir. Belə ki, Urmu gölünü görmək üçün xaricdən gələn turistlər üçün müəyyən təsisatlar yaradılıb ki, bu da yeni iş yerləri, qazanc deməkdir. Göl quruyarsa, birdə bu boyda insanın gəlir mənbəyini itirməsini düşünün. -Ümumiyyətlə, İran rejimi bununla nəyə nail olmağa çalışır? İran rejiminin bu qədər etinasız yanaşması kökündən səhvdir. Əgər İran rejimi bu siyasətinin müqabilində etnik türklərin zəifləyəcəyini, milli-mənəvi dəyərlərinin məhv olacağını düşünürsə, kobud səhv edir. Çünki bu elə bir qlobal faciədir ki, təkcə Azərbaycan türklərini deyil, İranın özünü, iqtisadi maraqlarını, sosial-etnik siyasətini, bütünlüyünə, təbii təhlükəsizliyinə də ciddi mənada təhdid olacaq. -Urmu gölünün fəsadları bölgə dövlətlərinə nə kimi təsir göstərəcək? -Urmu gölünün quruması ekoloji fəlakətdir. Bunun təsiri Təkcə İrana deyil, bölgə ölkələrinə də dəyəcək. Təbiətdə hər şey nizamda yaradılıb. Bu nizamı pozarsanız, nizamsızlıq sizi elə təbiətin əliylə də vurar. Təbii hadisələrin sayı artar, zəlzələlər mütamadi xarakter alar, içməli su hövzələri azalar ki, bu da yaxın 50 ildə dünyanın ən qlobal (kürəsəl) probleminə çevriləcəyi gözlənilir. Ona görə də Urmu gölü İrana aiddir deyə düşünənlər yanlış yoldadırlar. Biz hamımız dünya adlı bir gəmidəyik. Burada itirənlər başqa birisi ilə kompensasiya(əvəz) olunmursa, bu, bütövlükdə tükənməyə doğrü sürətli bir gediş sayılır. Ona görə də Urmu gölünə qurumasına dünya biganə qalmamalı və İrandan bunun qarşısının alınmasını tələb etməli, həm də bu yöndə yardım etməlidir. Elnur Eltürk Geri dön |