Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elçin Abdullayev: - Ərdoğanın islami dəyərləri, demokratik dəyərlərin önünə keçirməsi Qərbin maraqlarına ziddir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan, DAVAMın yazıları > Elçin Abdullayev: - Ərdoğanın islami dəyərləri, demokratik dəyərlərin önünə keçirməsi Qərbin maraqlarına ziddir.

Elçin Abdullayev: - Ərdoğanın islami dəyərləri, demokratik dəyərlərin önünə keçirməsi Qərbin maraqlarına ziddir.


Misirdə Məhəmməd Mursi tərəfdarlarının etirazları səngimək bilmir. Bir tərəfdən tərəfdarları, ölkənin ilk demokratik yolla seçilmiş prezidentinin Hərbi çevriliş nəticəsində iqtidardan kənarlaşdırılmasını həzm edə bilmədikləri üçün onun hürrüyyətinə nail olması baxımından ayaqdadır. Digər tərəfdən isə Misirin yeni qurulmuş keçid hökümətinə dünya dövlətləri tərəfindən beynəlxalq dəstək gəlməkdədir.
Bu beynəlxalq dəstəyin baş aktyoru isə heç şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarıdır. Ərəb ölkələrində inqilablar baş qaldıranda Vaşinqtonun Misirə qarşı siyasi baxışı digər ölkələrlə müqayisədə fərqlənirdi. Bununda əsas səbəbi, Misirin ərəb dünyasında ümumiyyətlə bölgədə oynadığı rolun əhəmiyyəti və təsirli olmasilə bağlıdır. Misir kimi böyük bir dövlətin ABŞ-ın nəzarətindən kənarda qalması ilk növbədə İsrail dövlətinin bölgədə sıxışdırılmasına dəlalət edən amildir.
Digər tərəfdən isə Misiri idarə edəcək şəxsin hegemon güc olan Amerikanın tərtib etdiyi “siyasi zolağ”dan kənarda qalması ,o deməkdir ki, bölgərə güclü müsəlman ölkəsi yarana bilərdi. Bu isə beynəlxalq arenaya üçüncü güc mərkəzinin müydana gəlməsi anlamı verir. Belə olduqda bölgədəki prosseslərə Qərbin müdaxilə etməsi müşkülə çevilə bilərdi.
Hadisələrin önlənilməsi baxımından Amerika, Ərəb dünyasında xalqların ayağa qalxdığı andan Misirə xüsusi diqqətlə yanaşıb və bu ölkədə özünün nümayəndəsini hakimiyyət sükanında əyləşdirməklə bütövlükdə bölgəni nəzarətdə saxlamaq istəyib.
Məhz bu planın həyata keçməsi baxımından ABŞ Misirdə iqtidara özünün namizədi, Məhəmməd əl-Baradeyini gətirmək şansını əldən verməmək üçün addımlar atdı. Hətta Vaşinqton demokratik prinsipləri ayağ altına ataraq hərbi çevrilişə dəstək verməklə bu istəyini gerçəkləşdirdi.
Baxmayaraq ki, Amerika bütün dünyada “demokratiyanı tərənnüm” edir. ABŞ tərəfindən Misirdəki üsyançıların dəstəklənməsi isə ondan xəbər verir ki, rəsmi Vaşinqton üçün dövlət siyasətinin əsasını demokrtaiya deyil, maddi və strateji maraqları təşkil edir.
Hadisələrin gedişatından bəlli olur ki, Amerika keçmiş MAQATE rəhbəri Məhəmməd əl-Baradeyini Misirdə iqtidara gətirməklə həm də bölgə siyasətində köklü dəyişiklik etmək fikirindədir. Belə ki, bu siyasət bölgədə güc mərkəzini müəyyənləşdirməklə yanaşı, həm də etibarlı tərəfdaşlıq baxımından Misirə verilən ən böyük önəmdir.
ABŞ, Məhəmməd əl-Baradeyili Misiri önə verməklə Türkiyənin bölgədki təsir imkanlarını zəiflətmək məqsədi güdür. Yəni, artıq Amerika, bölgədəki müsəlman dövlətləri içərisində ən yaxın mütəfiqi hesab olunan və güc mərkəzi olaraq böyükə təsir imkanlarına malik olan Türkiyəni, Misirlə əvəz etmək niyyətindədir.
Bunun da başlıca səbəbi son dönəmlər Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin Vaşinqton üçün qəbul olunmamsıdır. Belə ki, Ərdoğanın islami dəyərləri, demokratik dəyərlərin önünə keçirməsi və İsrailə qarşı sərgilədiyi mövqe bir başa Amerikanın maraqlarına ziddir.
Xüsusən də son illər rəsmi Ankaranın müstəqil siyasət yürütməsi və Qərbin bölgədə cərəyan edən hadisələrə ikilistandartdan yanaşmasını tənqid etməsi xristian birliyini R.T.Ərdoğanı dayandırmaq planı üzərində işləməyə vadar etməyə bilməzdi.
Qərbin bir sıra nüfüzlu KİV orqanlarının tez-tez baş nazir Rəcəb Tayyib Ərdoğanın osmanlı imperiyasını yenidən qurmaq istəyində olmasına dair fikirlərini səsləndirməsi də bu qəbilədəndir. Məhz Türkiyəni qarışdırmaq və artan nüfuzuna zərbə vurmaq baxımından “Gəzi” parkı olaylarının da arxasında böyük gücləri durduğu söyləmək olar.
Ona görə də Rəsmi Ankara Qərbin Türkiyəyə qarşı qurduğu plandan sğortalanmaq üçün önləyici addımlar atmalıdır. Əsasən də Türkiyə baş naziri verdiyi bəyanatlar və işlətdiyi ifadələrə diqqət etməli, Misir məsəlsinə dahda həssaslıqla yanaşaraq dövlətinin maraqlarını qurban verməməlidir.

Elçin Abdullayev

Geri dön