Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > İran vaxt udmağa çalışır
İran vaxt udmağa çalışır |
Elşən Manafov: «ABŞ-ın İranla münasibətinin indiki xarakterini nəzərə almaqla onun İranın dəvətini qəbul edəcəyini istisna edərdim»
Elşən Mustafayev: «Prezidentin inaqurasiyasına Qərbdən dəvət olunan nümayəndələr gələrsə, bu artıq İranın diplomatik qələbəsi sayılacaq» İranda iyunun 14-də keçirilən prezident seçkilərinin qalibi olan Həsən Ruhani deyəsən sözün həqiqi mənasında Qərblə ölkəsi arasında uzun illərdir davam edən soyuq və gərgin münasibətləri normallaşdırmaq niyyətindədir. Ən azından o seçkilərdən sonrakı ilk çıxışında ABŞ və Qərblə münasibətlərdə yumşalmaya gedəcəyini vəd etmişdi. İran Xarici İşlər Hazirliyi Həsən Ruhaninin avqustun 4-də baş tutacaq andiçmə mərasiminə molla rejiminin «Böyük şeytan» adlandırdığı ABŞ və Avropa Birliyinin təmsilçilərini də dəvət etdiyini açıqlayıb. İslahatçıların nümayəndəsi olan Həsən Ruhaninin bu dəvətlə ABŞ və Avropa Birliyinə əməkdaşlıq mesajı vermək istədiyi bildirilir. Qeyd edək ki, qərbə münasibətdə yumşalma mövqeyi sərgiləyən yeni prezident bununla yanaşı İranın nüvə proqramı məsələsindən geri çəkilməyəcəyini də bəyan edib. Xatırladaq ki, o seçki kampaniyası dövründə ABŞ və Avropa Birliyilə İranın nüvə proqramı məsələsində yeni bir dialoq dönəmi başlayacağı fikrində də bulunmuşdu. Söz yox ki, nüvə proqramı məsələsində Qərblə razılaşma əldə etməklə Ruhani İrana qarşı həyata keçirilən iqtisadi sanksiyaları aradan qaldırmağı düşünür. Hələliksə, İran sanksiyalar buxovunda inildəyir. Bunun nəticəsində son dövrlər ölkədə inflyasiya həddən artıq yüksək səviyyəyə çatıb. Ölkədə işsizlik də geniş vüsət alıb. Bu fonda Tehran prezidentin andiçmə mərasiminə düşmən olduğu Qərbi də dəvət etməyi qərara alıb. Görəsən, bu münasibətləri normal məcraya yönəltmək üçün bir jestdir, yoxsa, özlərinin dialoqa hazır olduğu barədə dünya ictimaiyyətində müəyyən bir fikir yürütmək cəhdi? Politoloq Elşən Manafovun fikrincə, Qərb ölkələrini prezidentin andiçmə mərasiminə dəvət etmək İran tərəfindən atılmış bir jestdir: «Həsən Ruhani İranda diplomatiyanın şeyxi adı ilə adlandırılır. İrandakı prezident seçkilərində onun qələbə çalmasının səbəblərindən biri də məhz ölkənin siyasi elitasında bu ad altında tanınması olub. ABŞ və Avropa Birliyi nümayəndələrini andiçmə mərasiminə dəvət etmək şübhəsiz ki, bir jestdir. ABŞ İranla münasibətləri öz marağı prizmasına gətirmək üçün əvvəlcə 5+1 variantında gedən danışıqlar ətrafında uranın zənginləşdirilməsil bağlı məsələyə Tehranın aydınlıq gətirməsini istəyir. Amerika ilk öncə İranın bu məsələyə aydınlıq gətirməsinə çalışır. Həsən Ruhaninin isə həmin məsələ ilə bağlı mövqeyi artıq kifayət qədər açıqlanıb. Ruhani bəyan edib ki, İran müstəqil dövlət olaraq nüvə enerjisindən dinc məqsədlər naminə istifadə etmək hüququnu özündə saxlayır. Ona görə düşünürəm ki, İran əvvəlki prezidentlər dönəmində həyata keçirilən kursdan imtina etməyəcək. Həsən Ruhaninin islahatçı mövqe tutması onun daha çox İranın siyasi və məhkəmə sistemində apara biləcək islahatlar ampulasında özünü göstərməlidir. Təbii ki, ggər bu islahatlar İranın siyasi rəhbərliyindəki mühafizəkar dairələrlə razılaşdırılarsa… Qeyd etmək lazımdır ki, İranda prezidentdən də yuxarı yüksək vəzifə sahibi var. Bu da ali dini rəhbər vəzifəsidir. Bütün hallarda İranın İslam Şurasının prezidentin fəaliyyətini nəzarət altına almaq, hüquqi müstəvidə ona təsir etmək imkanları var. Ona görə də güman etmirəm ki, İran ABŞ-ın siyasi rəhbərliyini andiçmə mərasiminə çağırmaqla özünün əvvəlki siyasi kursundan imtina edəcək. Amma heç şübhəsiz Həsən Ruhani Qərblə yeni münasibətlərin qurulmasına çalışacaq. Çünki Qərb tərəfindən tətbiq edilən iqtisadi və maliyyə sansiyaları İranın maliyə-bank sistemini hədəfə alıb. Bu sanksiyalar İran pulunun devalivasiya olunmasına, inflyasiyanın sürətlənməsinə rəvac verib. Təbii ki, Ruhani müəyyən islahat və güzəştlərə gedəcək. Amma bu güzəştlərin hansı həddə olacağını indidən söyləmək olmaz. Zamanında Qorbaçovun etdiyi güzəştlər kontekstində olmasını isə istisna edirəm». Həmsöhbətimiz düşünmür ki, ümumən Qərb, xüsusən də ABŞ andiçmə mərasiminə dəvəti qəbul etsin: «Güman edirəm ki, Avropa Birliyi ölkələrindən bəziləri bu dəvəti qəbul edərək tədbirə qatılacaq. Xüsusən də böhran keçirən ölkələr İranla münasibətlərin qurulmasında daha çox maraqlı ola bilər. İstisna etmirəm ki, bu tədbirdə Almaniya və Fransa kimi dövlətlər də iştirak etsin. Amma ABŞ-ın İranla münasibətlərinin indiki xarakter və mahiyyətini nəzərə almaqla onun dəvəti qəbul edəcəyini istisna edərdim». AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev isə qeyd etdi ki, inaqurasiya mərasiminə qərb nümayəndələrinin gəlməsi Tehranın diplomatik qələbəsi sayıla bilər: «İranda Ruhaniyə qədər ABŞ başda olmaqla Qərbin Tehrana münasibəti olduqca gərgin həddə idi. Hətta zaman-zaman İsrail və bəzi digər dövlətlər İrana Qərbin hücum planları və vaxtını da açıqlayırdı. Son hakimiyyət dəyişikliyi, hakimiyyətə yeni simanın gəlməsi və onun Əhmədinejaddan fərqlənib-fərqlənməyəcəyindən asılı olmayaraq, İran üçün növbəti kart-blanşdır. İran bu proseslə vaxt udur. Hansı ki, İran çalışır ki, bu vaxtdan istifadə edərək özünün ağır iqtisadi durumunu müəyyən qədər yumşaltmağa nail olsun. Bu vaxtdan İranın qonşusu Rusiya da istifadə etməyə çalışaraq bir növ Tehranın müdafisinə qalxıb. Təbii ki, yeni prezidentə vaxt verilməlidir. Bu müddət ərzində ABŞ yeni hökumətə qarşı Əhmədinejad dönəmində olduğu kimi ittihamlar səsləndirə bilməz. Obamanın özü də İranla əməkdaşlıqla bağlı danışıqlar üçün müraciət edib. Bunun özü də onu göstərir ki, yaxın zaman müddətində İranla bağlı məqamlar daha sakit şəkildə üzə çıxacaq. Sözsüz ki, İranda bundan maksimum istifadə etməyə çalışır. Prezidentin inaqurasiyasına Qərbdən dəvət olunan nümayəndələr gələrsə, bu artıq İranın diplomatik qələbəsi sayılacaq. Amma Qərbin əsas dövlətlərinin nümayəndələrinin həmin inaqurasiyada iştirak edəcəyinə inanmıram». Rüfət Sultan Geri dön |