Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ümumdünya Səhiyyə Təşkilatı: Hər il 350000-dən çox insan hepatit C ilə əlaqədar xəstəliklərdən ölür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Ümumdünya Səhiyyə Təşkilatı: Hər il 350000-dən çox insan hepatit C ilə əlaqədar xəstəliklərdən ölür

Ümumdünya Səhiyyə Təşkilatı: Hər il 350000-dən çox insan hepatit C ilə əlaqədar xəstəliklərdən ölür


Hər il dünyada 1,4 milyon insan Hepatit A, 2 milyard (təxmini) Hepatit B, 150 milyon insan isə Hepatit C virusuna xroniki yoluxur. Trend-in məlumatına görə, bu barədə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisi məlumat verib.
28 iyul -Beynəlxalq Hepatitlə Mübarizə Günüdür. Bu ilin Beynəlxalq Hepatitlə Mübarizə Gününün şüarı - "Bu, sən düşündüyündən də yaxındır".
ÜST Beynəlxalq Hepatitlə Mübarizə Gününün mövzusu altında dünya hökumətlərini hər il təqribən bir milyon insanın ölümünə səbəb olan və yoluxma nəticəsində 500 milyon insanın xroniki xəstəliyə məruz qaldığı təxmin edilən hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirməyə çağırır. Qaraciyər xərçənginin və qaraciyər sirrozunun yaranmasına səbəb olan bu virusdur.
Kampaniya əsas diqqəti hepatitin müxtəlif formaları barədə maarifləndirmənin gücləndirilməsinə yönəldir: onlar nədir və hansı yolla ötürülür; kimlər riskə məruz qalır; və müxtəlif qarşısıalınma və müalicə metodları.
"Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicə olunmur" - ÜST-ün Pandemiya və Epidemiya Xəstəlikləri Şöbəsinin əməkdaşı Dr. Sylvie Briand qeyd edir. "Yalnız hepatitin müxtəlif formaları və onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə biz bu xəstəliklə mübarizə istiqamətində ilk addımı ata və minlərlə insan həyatını xilas edə bilərik."
Hər 12 nəfərdən 1-nin xroniki yoluxması ilə epidemiyanın artma miqyasını və bu xəstəliyin qarşısının alınması və müalicəsi sahəsindəki nailiyyətləri nəzərə alaraq, Ümumdünya Səhiyyə Assambleyası 2010-cu ildə WHA63.18 saylı Qərar qəbul etmiş və bu Qərar hepatit viruslarının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmağa çağırmış və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan etmişdir. Həmin gün, qlobal ictimai səhiyyə problemi kimi, hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
Hepatit virusunun beş əsas növü mövcuddur: A, B, C, D, E. Hepatit A və E virusları, adətən çirkli qidanın və ya suyun qəbul edilməsi nəticəsində yaranır. Hepatit B, C və D virusu qanla və ya bioloji mayelərlə təmas nəticəsində yoluxur.
Kəskin hepatit B və C virusunun qlobal şəkildə yayılması və qaraciyər xərçəngi və sirrozu bütün ölümlərin təqribən 2,7 %-nə səbəb olur. Bu rəqəmin növbəti iki onillikdə daha da artacağı gözlənilir.
Qaraciyər sirrozunun 57 %-inin və birincili qaraciyər xərçənginin 78 %-inin hepatit B virusuna (HBV) və hepatit C virusuna (HCV) yoluxma nəticəsində baş verdiyi təxmin edilir.
Ümumilikdə, təqribən 2 milyard insan yoluxmuşdur; hər il təqribən 600000 insan hepatit B-nin nəticələrindən həyatını itirir.
Təqribən 150 milyon insan HCV-yə xroniki yoluxur (HIV göstəricilərindən təqribən 10 dəfə artıq); hər il 350000-dən çox insan hepatit C ilə əlaqədar xəstəliklərdən ölür.
Hepatit B və C ÜST Avropa Regionunda, xüsusən də əsas əhali arasında xəstəliyin geniş şəkildə yayılmasına səbəb olur. Hepatit B və C virusuna məruz qalmış yalnız 5 nəfərdən 1-ində kəskin simptomlar aşkar olunur, lakin xroniki yoluxma adi haldır. Hepatit B və C-nin Regionda əhalinin təqribən 2 %-nə təsir etdiyi ehtimal edilir. (xroniki hepatit B virusu ilə yaşayan 13,3 milyon nəfər, xroniki hepatit C virusu ilə yaşayan 15 milyon nəfər); birlikdə, bu, hər il 120000-dən çox ölümlə nəticələnir. Yoluxmuş şəxslərin üçdə iki hissəsi Şərqi Avropada və Mərkəzi Asiyada yaşayır. HCV və HIV viruslarına yoluxma adi hal almışdır, xüsusən də, iynə ilə narkotik maddələr yeridən şəxslər arasında.
Bu ilin Beynəlxalq Hepatitlə Mübarizə Gününə hazırlıq ərəfəsində ÜST bu xəstəliklə mübarizə aparmaq üçün yeni qlobal çərçivə proqramının icrasına başlayır. Hepatit virusuna yoluxmanın qarşısının alınması və onunla mübarizə: Qlobal tədbirlər üzrə çərçivə proqramı hepatitə yoluxmanın qarşısının alınması və müalicəsi üçün dörd fəaliyyət sahəsini açıqlayır.
Əməkdaşlığın genişləndirilməsi və resursların səfərbərliyi ilə bərabər maarifləndirmənin gücləndirilməsi ÜST-ün yeni çərçivə proqramındakı prioritetlərin birincisini təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə üzrə ixtisaslaşmış agentliyidir. 7 aprel 1948-ci il tarixində təsis edilmişdir. ÜST-ün məqsədi, Nizamnaməsində də bəyan edildiyi kimi, bütün insanların ən yüksək mümkün sağlamlıq səviyyəsinə nail olmaqdan ibarətdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində sadəcə xəstəliyin və ya zəifliyin mövcud olmaması deyil, tam fiziki, əqli və ictimai sağlamlıq vəziyyəti kimi xarakterizə olunur.
ÜST Ümumdünya Səhiyyə Assambleyasının vasitəçiliyi ilə 193 Üzv Dövlət tərəfindən idarə olunur. Səhiyyə Assambleyası ÜST-ün Üzv Dövlətlərinin nümayəndələrindin iştirakı ilə təşkil olunur.

Geri dön