Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat, DAVAMın yazıları > Yalançı endirim kampaniyaları hələ də davam edir
Yalançı endirim kampaniyaları hələ də davam edir |
İndi istənilən mağazaya girsən, orada endirim kampaniyasının olduğunu görəcəksən. Vitrinlərə cazibəli formada “geyimlərdə 30-60-70 faiz endirim”, “hər nə alsan, 10 manat”, “2 al + bir hədiyyə” yazılmış endirim kampaniyası lövhələri əvvəllər əgər bayramlar ərəfəsində özünü daha çox göstərirdisə, indi bu, adi hala çevrilib. Belə ki, indi mərkəzdə olan bütün mağazaların şüşələrini belə elanlar bəzəyir.
Paytaxt mağazalarının əksəriyyəti yay “endirim” kampaniyasına neçə aydır ki, davam edir. Şəhərlərdə mövcüd olan dükanların əksəriyyətinin vitrinlərinə 30, 50, hətta 70 faiz endirim elanı vurulub. Malların qiyməti isə hec də endirimdə olana bənzəmir. Məlumat üçün bildirək ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı “RV Distribyuşn” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 132 ünvanında yerləşən mağazada qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyənləşdirilib. Belə ki, “RV Distribyuşn” MMC-nin sifarişi ilə www.endirimler.az saytında müəssisəyə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 132 ünvanında yerləşən mağazada satışda olan mallara endirim tətbiq olunması barədə reklamlar yayımlansa da, həmin mağazada aparılan yoxlama zamanı satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi aşkar edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və mağazanın məxsus olduğu “RV Distribyuşn” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və 4,9 min manat maliyyə sanksiyası tətbiq edilib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Davam.az” açıqlamasında qeyd etdi ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, istehlakçının malın bütün sənədlərini, o cümlədən qiymət sənədlərini tələb etmək hüququ var. "Dediyiniz kimi, bəzi mağazalarda 70-80 faiz endirim elanlarına rast gəlinir. Bu cür elanlar istehlakçını aldatmaq üçün olan jestlərdir". Ekspertin dediyinə görə, istehlakçının hüququ var ki, qiymət sənədinə baxıb, olan endirimin həqiqətə uyğun olub-olmadığını gözləri ilə görsün. Amma buna mağazalarda imkan yaradılmadığını deyən AİB sədri bunu Azərbaycanda istehlakçının hüquqları ilə bağlı şikayətlərini eşidə biləcək mükəmməl mexanizmin olmaması ilə əlaqələndirir. Bu cür saxta endirimlərin dünyanın hər yerində həyata keçirildiyini deyən E.Hüseynov hesab edir ki, digər ölkələrdə bu endirimlər 25 faiz olduğu halda, Azərbaycanda özünü 50-80 faiz şəklində göstərir. Həmsöhbətimiz endirim kampaniyalarının istehlakçıların hüquqlarının pozulması hesabına həyata keçirildiyini dedi: "Yalançı endirim kampaniyalarına dünyanın ən inkişaf etmiş ölkələrində belə rast gəlinir. Ancaq digər ölkələrlə müqayisədə bizdə bu üsuldan daha geniş istifadə olunur. Son vaxtlar isə belə hallar artıb". Ekspert deyir ki, Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən, həmin şəxslər şərti maliyyə vahidinin 100-300 misli arasında cərimə və ya 80 saata qədər ictimai işlərlə cəzalandırıla bilərlər: "Alıcılar isə diqqətli olmalı, malın ilk və sonrakı qiymətlərə diqqət yetirməlidirlər. Hüquqları pozulduqda bizə və digər qurumlara müraciət edə bilər". Günel Geri dön |