Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > «Borçalı – Azərbaycan Ruhunun, Vətən tariximizin ayrılmaz bir parçasıdır»
«Borçalı – Azərbaycan Ruhunun, Vətən tariximizin ayrılmaz bir parçasıdır» |
Ocaq Yükümlüsü İşıqlı Atalı Borçalı Türklərini 5-ci «Elat Mədəniyyəti günü» münasibətilə kutlayıb
Sayğılı Yurddaşlarım! Ürəyinizdə Günəş olsun! Əzəli türk yurdu olan Borçalıda – Armudlu yaylasında 5-ci «Elat Mədəniyyəti Günü»nün keçirilməsi münasibəti ilə Sizi kutlayıram! İnsanın Yurda, Ulusa münasibəti həmişəlikdir. Bu gün kürəsəlləşmə insanları Yurda yanaşmada loyallaşdırır, doğulduğu torpağı onun gözündən salır, guya «insanın günü harada xoş keçir, ora ona vətəndir» ruhsuzluğunu ağlına və ürəyinə yazmağa çalışır. Türk anadangəlmə Vətənçidir. O, doğulub boya-başa çatdığı torpağın müqəddəsliyini, əvəzsizliyini heç vaxt unuda bilməz, unutmamalıdır. Vətən duyğusu doğulduğumuz torpağın insaniliyə, müqəddəsliyə uyğun dəyərləndirilməsindən başlayır. Bu cür dəyərləndirmə odur ki, doğulduğun torpağı sevdiyin dərəcədə Ulu Yurdumuzun – Azərbaycanımızın – Atayurdumuzun başqa bölgələrinə və insanlarına da fərq qoymursan, onları ruhunun doğması sayırsan, yurdu umacaqsız, fədakar, vicdançı sevmək örnəyi göstərirsən. Borçalı – Azərbaycan Ruhunun, Vətən tariximizin ayrılmaz bir parçasıdır. Oranın dağı, daşı, çayı, ormanları, oylaqları, yaylaları ilə doğulduğum bölgənin təbiəti arasında doğmalıq, bənzərlik gördüm. İnsanlarında doğmalıq, ana dilimin, milli gələnəklərimizin yaşamasını gördüm Borçalıda. Bu gün orada Elat gününün bayram səviyyəsində keçirilməsi əbədi sabahlar üçün böyük bir məsuliyyətdir. Hər bir soydaşımızın Yurd, Ulus mahiyyətini anlaması, bunu daha dərindən anlayanların isə vicdan borcuyla başqalarına yetirməsi gərəkdir ki, ulusun özünəməxsus keyfiyyətlərini qorumaq, yaşatmaq mümkün olsun. Bu, dünyanın indiki ruhsuz çağında olduqca gərəkli, vazkeçilməzdir. Yurdumuzun yaşam tarixini, folklorunu, ayrıca olaraq ruhaniyyat tarixini bilmək, başımıza gələn faciələrdən dərs almaq, tarixi faciələrimizi təkrar etməmək, ondan üstün olmaq dərsinə yetməliyik. Biz heç zaman başqa uluslara qarşı şovinist duyğuda olmamışıq. Millətsevərliyimiz – insansevərliyimiz demək olub. İnsanımıza, ulusumuza doğma münasibətimiz başqa ulusların insanlarına doğma münasibətimizi yaradıb. Şər yaratmamışıq, həmişə Xeyir yolçusu olmuşuq. Bu gün Türk Ulusumuzun varlığını təsdiq edən ulusal dünyabaxışımız İnam Atanın (Asif Atanın) 35 ildir ki, yaratdığı Mütləqə İnam meydandadır. Bu möhtəşəm İnamdan güc almaq, var olmaq ulusal aqibətimizdir. Mütləqə İnam bizim varlığımızı İnam səviyyəsində, tələbində yaradar, var edər. Ulusumuzla bağlı keyfiyyətlərimizi qoruyaq, artıraq, var edək, var olaq! Atamız var olsun! 25 Uyum günü, Od ayı 35-ci il. (25.7.2013). Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin İnam Evi, Atakənd. Geri dön |