Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni variantlar və alternativlərə baxılmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni variantlar və alternativlərə baxılmalıdır

Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni variantlar və alternativlərə baxılmalıdır


Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında gərginliyin aradan qaldırılması üçün görülməli olan qısamüddətli tədbirlərə müxtəlif variantlar və alternativlərin əlavə olunması məsələsi müzakirə edilməlidir.

Bununla yanaşı, son 17 il davam edən prosesi də pozmaq olmaz. Bunu Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə proqramının direktoru Lourens Şits bildirib: «Qutudan» çıxmaq lazımdır, əvvəllər irəli sürülməyən və yeni yanaşmalara baxılmalıdır».
«Azərbaycan ərazisinin böyük hissəsinin erməni ordusu tərəfindən işğalı şəraitində yaranmış hazırkı status-kvo uzunmüddətli perspektiv üçün dayanaqlı əsas deyil», - deyə L.Şits vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Kazanda keçirilən sammitə böyük ümidlər bəslənilirdi. Lakin bu görüş danışıqlar prosesində irəliləyişə səbəb olmayıb: «Təəssüf ki, irəliləyişi müşahidə etmədik və Minsk Qrupu çərçivəsində davam edən sülh prosesi xeyli ləngiyib».

Bundan başqa proqramın direktoru bildirib ki, münaqişə tərəfləri arasında «hərarəti yüksəldən» silahlanma yarışı və hərbi ritorika davam edir.

Türkiyə, İran və Rusiyanın hərbi əməliyyatların mümkün bərpasına münasibətinin necə olacağı ilə bağlı suala cavab olaraq isə L.Şits qeyd edib ki, əməliyyatların bərpası regional münaqişəyə çevrilə bilər. «Çünki hərbi sahədə sıx əməkdaşlıq edən Rusiya ilə Ermənistan, habelə Türkiyə və Azərbaycan arasında təhlükəsizliklə bağlı öhdəliklər var. İran isə Ermənistan və Azərbaycanla həmsərhəd dövlətdir. İranın bu münaqişəyə nə dərəcədə qoşulacağını demək çətin olsa da, aydındır ki, İran onun sərhədlərində baş verən münaqişəyə laqeyd qalmayacaq», - deyə L.Şits bildirib.

BBQ təmsilçisi həmçinin vurğulayıb ki, 1994-cü il ilə müqayisədə hər iki ölkə daha çox həm hücum, həm də müdafiə silahlarına malikdir.

Geri dön