Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Politoloq Stanislav Çernyavski: “Azərbaycan Gürcüstanla Rusiya arasında vasitəçi ola bilər”
Politoloq Stanislav Çernyavski: “Azərbaycan Gürcüstanla Rusiya arasında vasitəçi ola bilər” |
“Dağlıq Qarabağ probleminin həll olunmaması Qafqazın inkişafını ləngidir”
Rusiyalı politoloq parlamentarlardan ibarət “Qafqaz dördlüyü” institutunun yaradılması təklifi ilə çıxış edib. Postsovet Ölkələrinin Tədqiqatı Mərkəzinin direktoru, tarix elmləri doktoru, tanınmış rusiyalı politoloq Stanislav Çernyavski “Parlamentskaya Qazeta”da jurnalistlərlə keçirilən görüşündə parlamentarları “Qafqaz dördlüyü” institutunun yaradılmasına çağırıb. Onun fikrincə, bu institutun yaradılması Qafqazdakı problemlərin parlament spikerləri tərəfindən müzakirəsi üçün vacib addım sayılır. Gürcüstana Azərbaycan və Qazaxıstan tərəfindən sərmayələr qoyulduğunu söyləyən S.Çernyavski bildirib ki, Azərbaycan Gürcüstanla Rusiya arasında münasibətlərin tənzimlənməsində vasitəçi ola bilər: “Çünki Bakı ilə Tiflis arasında dostluq münasibətləri mövcuddur”. Tarix elmləri doktoru Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən də danışıb. Onun sözlərinə görə, bu problemin həll olunmaması Qafqazın inkişafını ləngidir: “Əgər münaqişənin həllində hər hansı bir irəliləyişlər olsa, ərazinin yaşayışı tamamilə dəyişər. Misal üçün, Ermənistan iki ilə varlana bilər”. S.Çernyavski Azərbaycanı dost, hər kəsə açıq ölkə adlandırıb: “Azərbaycan infrastrukturu çox inkişaf etmiş ölkədir. Bir sözlə, gəzməli, görməli ölkədir. Ona görə də ruslar bir müddət sonra Türkiyədə deyil, Azərbaycanda istirahət etməyə başlayacaqlar”. Geri dön |