Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hepatit xəstəliyindən əziyyət çəkənlərin sayı artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Hepatit xəstəliyindən əziyyət çəkənlərin sayı artır

Hepatit xəstəliyindən əziyyət çəkənlərin sayı artır


Adil Qeybulla: “İnsanlar xəstəlik barədə yetərincə məlumatlı olmadığı üçün özlərini qoruya bilmir”

Hazırda bütün dünya ölkələri hepatit xəstəliyindən əziyyət çəkir. Bu xəstəlikdən əziyyət çəkənlər arasında Azərbaycanın da adı çəkilir. Adıçəkilən xəstəlikdən qorunmaq və bu virusun yayılmaması lazımi tədbirlər görülür.
Təəssüflər olsun ki, görülən tədbirlərə baxmayaraq, insanların əksəriyyətinin bu xəstəliyin yaranması, yoluxma yolları haqqında məlumatlılığı olduqca aşağı səviyyədədir. Qaraciyər xəstəlikləri içərisində əsas yeri virus mənşəli B və C hepatit xəstəlikləri tutur. Xüsusilə hepatit C virusu geniş yayılmaqdadır. Respublikamızda hepatit B və C təqribən hər 200 adamdan 6-7 nəfərində rast gəlinir.
Qeyd edək ki, hepatit C virusu altı tanınmış hepatit viruslarından (A, B, C, D, E, G) biridir.
Məlumat üçün qeyd edək ki, 1989-cu ildən Azərbaycanda virusun müayinəsinə başlanılsa da, rəsmi qeydiyyatı 2001-ci ildən aparılmağa başlanıb. Hepatit C qaraciyərdə yerləşən virus xəstəliyidir. Hepatit C virusu ilə əmələ gələn xəstəlik qaraciyər iltihabı adlanır. Bu, ən təhlükəli virusdur. Çünki qaraciyərə yerləşdikdən sonra bu virus qaraciyəri məhvə uğradır və son nəticədə ya qaraciyər sirrozu, ya da qaraciyər xərçənginə gətirib çıxarır. Hepatit C virusunun yayılması son illər epidemiya, pandemiya miqyasında genişlənib. Hepatit C virusu bir insandan digərinə qan və bədən seliyi və ya suyu ( göz yaşı, ağız suyu və s.) ilə keçə bilər. Ən çox yayılanı isə qan köçürmə ilə yoluxma halıdır. Hepatitli xəstədən köçürülən qan mütləq digər xəstədə özünü büruzə verəcək. Digər keçici yollar - qan bədən təması əmələ gətirən cinsi təmaslar, anadan dölə həm hamiləlik zamanı, həm də doğuş zamanı qan təması olduğu üçün anadan uşağa bulaşa bilməsidir.
Həkimlər isə xəstəliyə yoluxmamaq üçün insanları diqqətli olmağa çağırır. Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, insanlar xəstəlik barədə yetərincə məlumatlı olmadığı üçün özlərini qoruya bilmir: "Hazırda Azərbaycanda hepatit A, B, C virusunun yoxlanma imkanları mövcuddur. Lakin E, D viruslarının yoxlanma imkanları yoxdur. Demək olar ki, istər dövlət, istərsə də özəl xəstəxanalarda A, B, C virusu əməliyyatdan qabaq və əməliyyatdan kənar vaxtlarda yoxlanıla bilir. Ginekoloji, stomatoloji kabinetlərdə, pedikür, manikür edilən yerlərdə hepatit xəstəliyinin yayılma və yoluxması çox yüksəkdir. Ona görə də sözügedən yerlərdə istifadə edilən alətlərin sterilizə edilməsinə çox ciddi şəkildə fikir verilməlidir. Hazırda xüsusi sterilizə üçün məhlullar vardır ki, alətlər bir xəstədə işləndikdən sonra bir müddət orada saxlanılmalıdır. Təəssüflər olsun ki, hələ də bəzi yerlərdə bu cür məhlullardan istifadə etmirlər. Bu da nəticədə asanlıqla hepatit xəstəliyinin yayılmasına gətirib çıxarır. Yaxşı olardı ki, pedikür və manikürə gedənlər özləri ilə şəxsi alətlərin aparsınlar. Eyni halda vətəndaşların alətləri sterilizə edilib-edilməməsi ilə bağlı maraqlanmaq hüquqları vardır".
Günel

Geri dön