Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gülər Əhmədovanın istintaqı avqustun 8-də başa çatır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Gülər Əhmədovanın istintaqı avqustun 8-də başa çatır

Gülər Əhmədovanın istintaqı avqustun 8-də başa çatır


İstintaq materiallarının məhkəməyə göndərilib-göndərilmədiyi bəlli deyil
Avqustun 8-də eks deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtı başa çatır. İstintaq materiallarının məhkəməyə göndərilib-göndərilmədiyi bəlli deyil.

Gülər Əhmədovanın vəkili Rafiq Məmmədov Teleqraf.com-a bildirib ki, ibtidai istintaqın yekunlaşması ilə bağlı onda heç bir məlumat yoxdur.

Vəkil əlavə məlumatlar vermək istəməyib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilən millət vəkili bu il fevralın 13-də həbs olunub.

Mayın 8-də Səbayel rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar qəbul edib. Vəkillərin qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Həbs qətimkan tədbirinin vaxtı avqustun 8-də başa çatacaq.

İttihamlar sübut olunsa, keçmiş millət vəkili əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Geri dön