Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda yeni əməliyyat həyata keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Azərbaycanda yeni əməliyyat həyata keçirilib

Azərbaycanda yeni əməliyyat həyata keçirilib


Azərbaycanda ilk dəfə beyin anevrizması endovaskulyar əməliyyatı (kəllə sümüyü açılmadan damar daxilindən əməliyyat) zamanı "pipeline stent" implantasiyası həyata keçirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, türkilyəli professor Əhməd Məmişin rəhbərliyi ilə Respublika Müalicə-Diaqnostika Mərkəzinin və Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasında beyin qanaxmalarının ən əsas səbəblərindən olan anevrizma xəstəliyinin qapalı endovaskulyar əməliyyatı ilə müalicəsi dünyada ancaq inkişaf etmiş mərkəzlərdə istifadəsinə icazə verilən "pipeline stent" implantasiyası nəticəsində həyata keçirilib.
İki dəfə beyindaxili qanaxma keçirmiş olan 24 yaşlı xəstəyə daxili yuxu arteriyasının beyni qidalandıran ən uc hissəsindəki böyük anevrizma diaqnozu qoyulub. Bud arteriyasında açılan 2 millimetrlik deşik vasitəsilə damar daxilindən kəllə arteriyalarının içinə daxil olunub və arteriyadakı balonlaşmanın ağzı "pipeline stent" implantasiyası ilə bağlanıb. Nəticədə anevrizmanın təkrar qanaxma verməsinin qarşısı alınmış olub.

Geri dön