Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan sinoptiklərindən növbəti xəbərdarlıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Azərbaycan sinoptiklərindən növbəti xəbərdarlıq

Azərbaycan sinoptiklərindən növbəti xəbərdarlıq


Yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında günorta saatlarında isti diskomfort şərait, bəzi saatlarda yüksək temperatur fonunda havada rütubətin çox olması ilə yaranan bürkü hissi meteohəssas insanlar üçün əlverişsizdir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 16-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

bşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 16-da hava şəraiti yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Geri dön