Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Seçki Komissiyası KİV-lərə müraciət edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar > Mərkəzi Seçki Komissiyası KİV-lərə müraciət edib

Mərkəzi Seçki Komissiyası KİV-lərə müraciət edib


Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezidenti seçkilərində seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) kütləvi informasiya vasitələrinə müraciət edib.
Müraciətdə qeyd olunur ki, hazırda prezidentliyə namizədlərin irəli sürülməsi və təsdiq olunması, təsdiq edilmiş namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması prosesi gedir. Seçki qanunvericiliyinin tələblərinə görə, bu seçkilərdə seçkiqabağı təşviqat yalnız belə fəaliyyətə səlahiyyətli subyektlər tərəfindən, qanunvericiliklə müəyyən olunmuş vasitələrlə və qaydalara əməl olunmaqla sentyabrın 16-dan oktyabrın 8-i saat 18. 00-dək aparıla bilər.
Qeyd edilən tələblərə zidd olan, seçkiqabağı təşviqat üçün qanunla nəzərdə tutulan müddətlərin və qaydaların pozulmasına səbəb olan, habelə, hər hansı bir namizədin (qeydə alınmış namizədin) lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV-lər tərəfindən dərc edilməsi və yayımlanması qadağandır: "Ölkəmizin taleyində müstəsna əhəmiyyət kəsb edən seçkilərin demokratik tələblərə uyğun, azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün, bu prosesdə mühüm rolu olan KİV-lərin də qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi olduqca vacib və əhəmiyyətlidir".
Müraciətdə həmçinin vurğulanır ki, Mərkəzi Seçki Komissiyası kütləvi informasiya vasitələrinə bu prosesdə qanunverciliyin tələblərinə ciddi riayət olunmasını tövsiyə edir və inanır ki, həmin qurumların rəhbərləri və digər media mənsubları respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsində vacib rol oynayacaq bu mühüm tədbirdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Geri dön