Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşınmaz əmlak bazarında əcnəbi aktivliyi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Daşınmaz əmlak bazarında əcnəbi aktivliyi

Daşınmaz əmlak bazarında əcnəbi aktivliyi


Son bir ildə Azərbaycanda daşınmaz əmlakın alınması prosesi çoxalıb. Özü də daha çox qeyri-yaşayış obyektləri alınır. Bu da alınan həmin daşınmaz əmlakın kommersiya məqsədi daşıdığını deməyə əsas verir. Həmin prosesdə əcnəbilər xüsusilə seçilirlər.
İqtisadçaların fikrincə, əcnəbilərin Azərbaycanda qeyri-yaşayış obyektlərinə maraq göstərməsi həmin sahənin rentabelli olması ilə bağlıdır. Qeyd edək ki, son dövrlər Azərbaycanda xaricilər tərəfindən yaşayış, həm də qeyri-yaşayaş obyektlərinin alınması prosesinin artması müşahidə olunur. Məlumata görə, son bir il ərzində xarici vətəndaşlar ölkəmizdə minə yaxın yaşayış və qeyri-yaşayış mənzilləri alıblar. Praktik olaraq apardığımız tədqiqatlar da göstərir ki, Azərbaycanda mənzil alan xarici ölkə vətəndaşlarını təmsil olunduğu ölkələrin sayı da çox müxtəlifdir. Gürcüstan, Türkiyə, İran və Rusiya vətəndaşları deyil, eyni zamanda, Yaponiya və Pakistandan olan şəxslər belə Bakıda mənzil alışını həyata keçirir. Xaricilərin Bakının əmlak bazarına marağının artması həm də onunla bağlıdır ki, bəzi əcnəbi vətəndaşlar Azərbayanda biznes qurub. Ona görə də bu ölkədə mənzilə sahib olmaq istəyir.
İqdisadçılarin qənaətinə görə, Azərbaycanın əmlak bazarına əcnəbi investisiyanın gəlişi sürətlənəcəyi təqdirdə proses mənzillərin qiymətinin artmasına səbəb olacaq: “Orta hesabla il boyu minə yaxın mənzil əcnəbilər tərəfindən alınır. O baxımdan hələlik xaricilərin ölkəmizdə aldığı mənziləlrin sayı da çox deyil. Çox olmadığından prosesin əmlak bazarında qiymətlərə ciddi şəkildə təsir edə biləcəyindən danışmaq yersizdir. Amma güman olunur ki, əcnəbilərin məhz Azərbaycanda mənzil alışı davam etdikcə, proses əmlak bazarına da öz təsirini göstərəcək və birmənalı şəkildə bu bazarda yeni qiymət artımlarına gətirib çıxaracaq”.
Günel davam.az

Geri dön