Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Sodalı içki qəbul edən uşaqlar daha aqressiv olur?
Sodalı içki qəbul edən uşaqlar daha aqressiv olur? |
Son araşdırmalara görə, gündə 3-4 istəkan sodalı içki qəbul edən uşaqlar daha aqressiv olur. Alimlər 5 yaşınadək 3000 uşaq anası arasında sorğu keçirib. Onlar iki ay müddətində uşaqların içdiyi içkilər və davaranışlarını müəyyən etməyə çalışıb.
Gündə 1 stəkan şəkərli içki içən uşaqlar 43, 4 stəkan içənlər isə 4 faiz təşkil edib. Epidemioloq Şakira Sulihanın bildirdiyinə görə, daha artıq spirtsiz içki içən uşaqlarda digərləri ilə müqayisədə nadinclik, diqqətsizlik və əsəbi davranış müşahidə edilib. Bütün bunlar ailələrin vəziyyəti, uşaqların nə qədər konfet və ya şirniyyat yeməsi və digər aspektlər nəzərə alındıqdan sonra aşkar edilib. Alimlər spirtsiz içkilərin belə bir təsirə malik olmasına heç bir izahat verə bilmir. Belə ki, spirtsiz içkilərin tərkibində şəkərdən əlavə təsiri bəlli olmayan bir çox maddə var. Alimlər uşaqların davranışına kafeinin də təsir göstərə biləcəyini deyir. Bu layihə “Həssas ailələr və uşaqların mənafeyi naminə” proqram çərçivəsində həyata keçirilib. Proqramda ABŞ-ın 20 şəhərindən 5 min azgəlirli ailə iştirak edib. Böyüklər arasında isə silah gəzdirənlər və məktəbdə pis davranışları ilə seçilənlər çox şəkər yeyən insanlardır. Geri dön |