Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Saxta seçici etirazına gerçək seçicilərin təkzibi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Saxta seçici etirazına gerçək seçicilərin təkzibi

Saxta seçici etirazına gerçək seçicilərin təkzibi


Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat Xidmətinə 21.08.2013-cü il tarixində «Gündəlik Bakı»da gedən “Seçiciləri Fərəc Quliyevi əl-əl axtarır” yazısını oxuyan bir qrup seçicilərdən müraciət daxil olub. Müraciətdə deyilir ki, yazılanlar ədalətsizlikdir, böhtandır və istədilər ki, məsələyə münasibət bildirək. Biz bu müraciəti nəzərə alaraq münasibət bildirməyi qərara aldıq.

Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat xidməti 21.08.2013-cü il tarixində «Gündəlik Bakı»da gedən “Seçiciləri Fərəc Quliyevi əl-əl axtarır” yazısını araşdırdı və məlum oldu ki, bu fikirlər, Pərvin Mahmudun öz təxəyyülüdür və həmin şəxs özü Suraxanı rayonunun sakinidir. Əgər belə bir müraciət və yaxud da şikayət varsa onu seçicilər niyə Fərəc Quliyevə və gün ərzində Qaraçuxur Bələdiyyəsində oturan səlahiyyətli nümayəndəyə deyil, Pərvin Mahmuda ediblər? Fərəc Quliyevə parlament seçkiləri zamanı səs verən yaxud da verməyən heç bir seçici onun şikayətinə baxılmadı deyə bilməz. Fərəc Quliyevin Qaraçuxur bələdiyyəsində qəbul günləri var, hər zaman seçicilərlə birbaşa təmasda olur və hətta onun nömrəsi istənilən seçici üçün 24 saat açıqdır. Göründüyü qədər bu xəbərin seçicilərin şikayətinə əsasən verilməsi yanlışdır. Çünki Fərəc Quliyev parlament seçkilərindən sonra təkcə son müddətdə 2-ci mədən küçəsində, 275 saylı orta məktəbdə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş “Oriqami” Reablitasiya Mərkəzində və Suraxanı rayonunun digər ərazilərində, görüş keçirib. Göründüyi kimi bu yazı ya müəllifin siyasi oriyentasiyasına ya da sifarişə görə hazırlanmışdır.

Saxta seçici etirazına gerçək seçicilərin təkzibi

Saxta seçici etirazına gerçək seçicilərin təkzibi

Saxta seçici etirazına gerçək seçicilərin təkzibi

Saxta seçici etirazına gerçək seçicilərin təkzibi

Saxta seçici etirazına gerçək seçicilərin təkzibi

Saxta seçici etirazına gerçək seçicilərin təkzibi

Saxta seçici etirazına gerçək seçicilərin təkzibi

Geri dön