Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İpoteka haqqında qanun dəyişdiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > İpoteka haqqında qanun dəyişdiriləcək

İpoteka haqqında qanun dəyişdiriləcək


Məlumata görə, Milli Məclis ipoteka kreditlərinin şərtlərinin yumşaldılması ilə bağlı "İpoteka haqqında" qanuna dəyişikliklər etmək üçün hökumətin rəyini gözləyir. Hökumətdən rəy alınacağı təqdirdə Milli Məclis "İpoteka haqqında" qanun layihəsini payız sessiyasının gündəliyinə daxil edəcək.
Milli Məclisin deputatı Ceyhun Osmanlının mətbuata verdiyi məlumata görə, bu gün ölkədə ipoteka kreditlərinin şərtlərinin 3 istiqamət üzrə dəyişməsinə ehtiyac var: "Bunlardan birincisi ipoteka kreditlərinin məbləğinin bazar qiymətlərinə adekvat olmasıdır. Çünki hazırda kreditin maksimal məbləği evlərin qiyməti ilə uyğunluq təşkil etmir. Gəncləri narahat edən ikinci məsələ ipoteka krediti faizlərinin yuxarı olmasıdır. Digər məqam isə İpoteka Fondunun portfelinin genişlənməsidir ki, daha çox gənc bu şansdan istifadə edə bilər".
İlkin təklifdə adi ipotekaların indiki 8 faizdən 5 faizə, sosial ipotekaların isə 4 faizdən 1-2 faizədək endirilməsi daxildir. Eyni zamanda 20 faiz ilkin ödənişin də vətəndaşlar üçün bir sıra hallarda əlavə çətinliklər törətdiyini nəzərə alaraq onun ləğv olunması, yaxud azaldılması təklif olunur. İpoteka üçün ayrılan məbləğin həcmində dəyişikliklər də müzakirə mövzusudur. Belə ki, hökumətə edilən təklifə görə, ipoteka krediti üçün ayrılan vəsaitin yuxarı həddi 50 min manatdan 70 min manata qədər artırılmalıdır.
İqtisadçıların fikrincə, həqiqətən də Azərbaycanda ipoteka bazarının həcmi çox kiçikdir: "Azərbaycan İpoteka Fondunun büdcəsinin Ukrayna, Rusiya standartına yaxınlaşması üçün bizdə ipoteka krediti bazarının həcmi indikindən10 dəfə çox, təxminən 6-7 milyard manat olmalıdır. Amma İpoteka Fondunun vəsaitinin bu qədər olması üçün indiki templə gedilsə, 20-30, bəlkə də 50 il tələb olunur. Buna görə də ipoteka bazarını inkişaf etdirmək istəyiriksə, mənbələr artırılmalıdır. İpoteka fondunun bu gün 3 mənbəyi var. Biri dövlət büdcəsidir ki, hər il pul ayrılır, digəri yenidən maliyyələşmədir. Yəni İpoteka Fondu vaxtilə krediti verib. Sonradan həmin insanlar vəsaiti qaytarır və qaytarılmış vəsaiti yenidən ipoteka krediti verilməsinə yönəldir. Üçüncü mənbə isə qiymətli kağızlardır. Biz müşahidə edirik ki, ipoteka kağızları illik 3 faizlə bazara çıxarılır və banklar üçün heç bir səmərə daşımır. Belə ki, banklar pulunu verib 3 faiz gəlir əldə etməkdənsə, elə həmin pulu ən aşağısı 15 faizlə kredit şəklində verib daha çox gəlir edə bilər. Deməli, İpoteka Fondunun əsas ümid elədiyi yer dövlət büdcəsi və yenidən maliyyələşmədir. Dövlət büdcəsindən ayrılan pul adi ipotekaya deyil, birbaşa sosial ipotekaya yönəldilməlidir".
Bir qrup iqdisadçılar hesab edir ki, sosial ipotekaların həcminin artırılması daşınmaz əmlak bazarında ciddi dəyişikliyə səbəb olmayacaq: "Biz hesablama aparmışıq ki, daşınmaz əmlak bazarında əhəmiyyətli dəyişikliklərin olması üçün vətəndaşlara verilən ipoteka kreditlərinin həcmi bütövlükdə 200 milyon manatdan çox olmalıdır. Eyni zamanda mənzillərlə yanaşı, digər daşınmaz əmlak, qeyri-yaşayış sahələri, yəni torpaq sahələri də sosial ipotekaya daxil olmalıdır. Nəzərə alaq ki, ilkin bazarla bağlı problemlər hələ də qalmaqdadır, yeni tikililərdə sənəd problemi olduğundan, bu mənzilləri girov qoyaraq almaq mümkün deyil".
Aytən İsaqızı

Geri dön