Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hüquq > Human Rights Watch azərbaycanlı fəalların azad edilməsini tələb etdi
Human Rights Watch azərbaycanlı fəalların azad edilməsini tələb etdi |
Human Rights Watch azərbaycanlı fəalların azad edilməsini tələb etdiHuman Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı İran prezidenti Həsən Ruhaniyə İranda həbs edilmiş beş azərbaycanlı fəalı azad etmək çağırışı ilə məktub göndərib.
İran rəsmiləri beş azərbaycanlı hüquq müdafiəçisini dərhal və qeyd-şərtsiz azad etməlidir. Onlar İranda bu ölkənin Azərbaycanlı azlığının mülki və mədəni hüquqları uğrunda mübarizəyə görə uzunmüddətli həbslərə məhkum ediliblər, deyə məktubda bildirilir. Bu, Yeni GAMOH-un üzvləridir. Uzun illərdir bu hərəkat Azərbaycanın mədəni və dil özünəməxsusluğunu və azərbaycanlıların öz müqəddəratını həll etmək hüququ uğrunda mübarizə aparır. Milyonlarla azərbaycanlı əsasən İranın şimal-qərb rayonlarında yaşayır və ölkənin ən böyük milli azlığını təşkil edir. 16 iyun 2013-cü ildə Təbrizdə apellyasiya məhkəməsi ( Mahmud Fəzli, Ayət Mehrəlib Bəyoğlu, Şahmar Radmehr, Lətif Həsəni və Behbud Quluzadə barəsində 9 il həbs cəzasını təsdiq edib. Onlar milli təhlükəsizlik məsələsində təqsirli biliniblər. Onlar hələ 2010-cu ildə həbs ediliblər və üç il sonra mühakimə olunublar. İttihamlar üçün əsaslardan biri yuxarıda adı çəkilən şəxslərin sahillərində milyonlarla insanın yaşadığı Urmiya gölünün quruması ilə əlaqədar hakimiyyətin fəaliyyətsizliyinə qarşı etirazları olub. Geri dön |