Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycan gənclərini kar edən qulaqcıqlar
Azərbaycan gənclərini kar edən qulaqcıqlar |
Hər yaşdan olan insanların, xüsusən gənclərin ən yaxşı dostu, eləcə də düşməni qulaqcıqlardır. Xeyrindən çox ziyanı olan qulaqcıqlar yolda, metroda, avtobusda, həmçinin evdə belə, musiqi dinləmək üçün istifadə olunur. İlk baxışdan ziyansız görünən qulaqcıqlar əslində qulaq zədələnməsindən tutmuş baş ağrılarına qədər müxtəlif xəstəliklərə səbəb olur. Hər gün avtobusda, metroda gənclərin qulağına qulaqcıq taxıb müxtəlif musiqiləri dinlədiyinin şahidi oluruq. Özü də qəribəsi odur ki, bu musiqinin səsi hər kəsi narahat etsə də, qulaqcıq taxanlar ətrafa verdikləri narahatlığı nəzərə almır. Qulaqcıqlar gənclərin gündəlik həyatının ayrılmaz bir atributuna çevrilib. Təbii ki, kiçik, kompakt bir əşyanı hər zaman üstündə gəzdirmək, idman zalında, məktəbdə, universitetdə, avtobusda, metroda qulağında xoş bir musiqi ilə gəzmək insana xoşdur. Bəli, biz bununla çox qarşılaşmışıq. Onu da qeyd edək ki, qulaqcıqdan istifadə edənlər sanki özlərində olmur, mahnının təsiri altına düşür və ətrafında olan insanlara fikir vermir. Ən dəhşətlisi isə odur ki, tutaq ki, tələbə dərsdən çıxıb yolu keçir, qulağında “nauşnik” olduğundan, maşının siqnal səsini eşitmir. Bu isə insanın öz həyatını risqə atması deməkdir. Ümumiyyətlə, “nauşnik”lər bizim üçün həyati təhlükə daşısa da, bundan yenə də əl çəkmirik. Alimlər xəbərdarlıq edir ki, qulaqcıqdan müntəzəm istifadə edən musiqisevərlərin sağlamlığı risq altındadır. Daimi qulaqcıqlardan istifadə etmək gələcək nəslin kütləvi karlıqdan əziyyət çəkməsinə səbəb ola bilər. Artıq Rusiyada “karlaşma” həddi cavanlaşır. Belə ki, əvvəllər bu hədd 70 yaşdan sonra başlayardısa, artıq 30-40 yaşında insanlar bundan əziyyət çəkir. Bunun səbəbi isə gənclərin qulaqcıqdan çox istifadə etməsidir. Ekspertlər onu da qeyd edir ki, qulaqcıqların əmələ gətirdiyi sağlamlıq problemi yalnız eşitmə orqanlarını əhatə etmir. Amerika alimlərinin açıqlamasına görə, qulaqcıqdan çox istifadə edən şəxslərin ürəyində müəyyən qüsur olur. Arzu Əliyeva da qulaqcıqdan istifadə edənlərdəndir. Deyir ki, bu alışqanlığa tələbəlik dövründən tutulub. “Biz Mərdəkanda yaşayırıq. 4 il bu uzaqlıqda yolu universitetə gedib-gəlmək məni qulaqcıqdan istifadə etməyə məcbur etdi. Uzun yol məni darıxdırırdı. Musiqiyə qulaq asa-asa yolun nə zaman bitdiyindən xəbərim olmurdu. İndi də qulaq asıram. Artıq bu, vərdişə çevrilib. Özümü “nauşniksiz” təsəvvür edə bilmirəm”. Nigar Cəfərova isə qulaqcıqdan ətrafdakı insanların səsini eşitməmək üçün istifadə etdiyini deyir. “Səslər əsəblərimə toxunur. Qulaqcıq məni əsəbdən qoruyur”. Otolorinqoloq Hafiz Mehdiyevin sözlərinə görə, qulaqcıqlar qulağa uyğun seçilməlidir ki, sonradan problem yaşanmasın: “Hər qulağın ölçüsünə uyğun qulaqcıq olmalıdır. Qulaqcıq qulağa uyğun deyilsə, kiçik və ya böyükdürsə, qulağı mexaniki olaraq incidir. Ayaq ölçüsünə uyğun olmayan ayaqqabılar narahatlıq yaratdığı kimi, qulaqcıqlarda da belə narahatlıqlar yaranır. Bundan əlavə, elə qulaqcıqlar var ki, qulaqdan düşməsin deyə, baş hissəsinə başlıq keçirilir ki, bu da qulaqda narahatlığa gətirib çıxarır”. H.Mehdiyev qeyd etdi ki, müasir gənclərin müntəzəm istifadə etdiyi qulaqcıqlar zamanla alışqanlıq halına gəlir və insanlar vacib əşya imiş kimi qulaqcıqsız evdən kənara belə çıxmır: “Bu da zamanla qulaqda zəif eşitməyə, karlaşmaya gətirib çıxarır. Yüksək səslə nəyisə dinləmək qulaqları hədsiz zədələyir. Necə ki, keyfiyyətsiz eynək istifadə etmək gözün görmə tonusunu aşağı salır, keyfiyyətsiz qulaqcıqdan da uzun müddət istifadə etmək eşitmə zəifliyinə gətirib çıxarır. Bu cür qulaqsıqlarda mövcud olan səs zamanla daha da pisləşir. Dükanlarda heç bir firmaya aid olmayan qulaqcıqlar satılır ki, bu qulaqcıqlardan da istifadə qulaqlara mənfi təsir edir. Buna görə insanlara tövsiyə edirik ki, markası bəlli olan qulaqcıqlardan istifadə etsinlər. Elə qulaqcıqlar var ki, qulaq kanalının içinə salınır. Belə qulaqcıqlara insanlar daha çox üstünlük verir. Qulaq pərdəsinə nə qədər yaxından səs verilərsə, qulaqların zədə alması ehtimalı daha çoxdur. 1 metrdəki partlayışın səsi 10 metrdəki partlayışın səsinə nisbətən qulağa necə təsir göstərirsə, qulağın içinə verilən səs də eyni təsiri göstərir”.
Müsahibimizin sözlərinə görə, qulaqcıqlardan istifadə zamanla vərdiş halını alır və dinlənən səs kifayət etmir: “Musiqi hansı yüksəklikdə dinlənirsə – dinlənsin, bir müddət sonra səs qulağa kifayət etmir və yavaş-yavaş yüksəldilir. Təbii ki, bu da qulağa hədsiz ziyan verir. Bəzən xəstə müraciət edir, lakin sonradan aydınlaşır ki, bu tamamilə qulaqcığın yaratdığı fəsaddır. Qulaqcıqlar həm mexaniki narahatlıq, həm də sağlamlıq baxımından ziyanlıdır, odur ki, istifadə olunmasa yaxşıdır”. Qeyd edək ki, satışda keyfiyyətsiz və markası bilinməyən qulaqcıqlar yetərincədir. Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında telefon aksessuarları satışı ilə məşğul olan Elşən Əliyev bildirdi ki, satışda, qiymətindən asılı olaraq, hər cür qulaqcıq var: “Bizdə 3 manatdan tutmuş 10 manata qədər qulaqcıq satılır. İstər qulaq yoluna daxil olan, istərsə də düz başlıqlı “nauşnik”lər var. Amma alıcıların ən çox istədiyi qulaq kanalına daxil olan qulaqcıqlardır. Çünki bunlar qulaqda birdəfəlik oturur və qulaqdan düşmür. Nansısa markalı qulaqcıqlardan istifadə edən şəxslər isə telefon satılan dükanlara müraciət etməlidir. Həmin dükanlarda qulaqcıq istəyən isə gəlib 3 manatlıq almaz, orijinal qulaqcıqlar telefon satılan dükanlarda var, bu qulaqcıqların qiyməti isə bahadır”. “28 May” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən telefon satılan dükanlarda isə qulaqcıqların qiyməti müxtəlifdir. Telefon satışı ilə məşğul olan dükanın satış üzrə meneceri Salman Cəfərov bizə bildirdi ki, onlarda olan qulaqcıqlar əsasən xarici ölkələrdən gətirilir: “Bizim dükanda tanınmış firmaların orijinal qulaqcıqları satılır. Bu qulaqcıqların sağlamlığa heç bir ziyanı yoxdur. Bəzi dükanlarda Çin istehsalı olan qulaqcıqlar satılır. Çin istehsalı olan qulaqcıqlar insan səhhətinə mənfi təsir göstərir”. Tanınmış xarici firma qulaqcıqlarının qiymətinə gəlincə, Salman Cəfərov vurğuladı ki, bu əşyanın qiyməti 50-70 manat arasında dəyişir. Aytən İsaqızı Geri dön |