Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Şadlıq evlərində həddi-büluğa çatmayan xidmətçilər...
Şadlıq evlərində həddi-büluğa çatmayan xidmətçilər... |
Azərbaycanda uşaq əməyindən istifadə halları getdikcə artmaqdadır. Bu gün azyaşlı uşaqlar konduktor, yeməkxana və çayxanalarda ofisiant, qabyuyan, kənd yerlərində isə çoban, pambıqyığan işləməklə, bununla yanaşı, maşın yumaqla, bazarlarda araba çəkməklə, yük daşımaqla, küçələrdə boş şüşə yığmaqla, zibilxanalarda metal toplamaqla çörəkpulu qazanır. Sahibkarlar isə uşaq əməyindən istifadədə maraqlıdır. Çünki çalışan uşaqlara həm az maaş verilir, həm də sahibkar azyaşlıların əməyinə görə dövlətə vergi verməkdən yayınır. Qeyd edək ki, azyaşlı uşaqların istismarı hallarına şadlıq evlərində də çox rast gəlinir. Şadlıq evlərində azyaşlılara xüsusi paltarlar geyindirərək qapı ağzında saxlayırlar ki, onlar zala daxil olan anda gəlinlə bəyin ayağı altına gül səpsin. Şadlıq saraylarında çalışan ofisiantların əksəriyyəti 14-20 yaş arasındadır. Bir neçə gün öncə paytaxtdakı şadlıq evlərinin birində toy məclisində iştirak edirdim. Masaya qulluq edən ofisiantın 14-16 yaş arasında olduğunu təxmin etdim. Ofisiantdan neçə yaşı olduğunu soruşanda təxminimdə yanılmadığıma əmin oldum. Ofisiant 15 yaşı olduğunu dilə gətirdi. Qeyd edək ki, yetkinlik yaşına çatmayan şəxsin əməyindən istifadə etmək qanuna ziddir. Şadlıq evləri niyə qanun-qaydaya əməl etmir? Axı Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi martın 1-də yeni standart qəbul etdi. Komitənin qəbul etdiyi standartda bir sıra məsələlər qeyd olunub. Qeyd olunanların arasında, həmçinin, yetkinlik yaşına çatmayanların əməyindən istifadə etməmək tələbi də var.
Uşaq Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, azyaşlıların işləməsinə qadağa qoyulmasına baxmayaraq, şadlıq evləri uşaqların əməyindən istifadə edir: "Buna görə də şadlıq evlərinə rəsmi məktub göndərilib, qanunvericilikdə nəzərdə tutulan cəzalarla bağlı məlumatlar verilib, uşaq əməyinin qadağan olunduğu bildirilib. Lakin şadlıq evlərinin rəhbərləri məsuliyyəti valideynlərin üzərinə ataraq tədbirlər görmək istəmir. Valideynlər isə uşaqlarını işlətməklə qanunvericiliyə qarşı çıxdıqlarının fərqinə varmır. Uşaqların əməyi müqabilində cüzi məbləğ ödənilir. Buna görə də valideynlərin maddi imkansızlığı bəhanə etməsi başadüşülən deyil". Ekspertin fikrincə, uşaq əməyinin istismarının qarşısını almaq üçün təbliğata, maarifləndirməyə ehtiyac var. Sosial sahə üzrə ekspert İlqar Hüseynli bizimlə söhbətində bildirdi ki, şadlıq evlərində çalışan ofisiantlar daha çox 16-20 yaş arasında olur: "Bəzən elə hal olur ki, şadlıq evində çalışan yeniyetmə yemək nəfsini saxlaya bilmir, bəziləri düzgün işləyə bilmir. Ofisiant işləmək istəyən şəxslər üçün xüsusi kurslar olmalıdır. Həmin kurslarda müştəriyə necə qulluq etməyi, süfrə düzülüşünə nəzarət etməyi, məclisdə iştirak edən şəxslə necə rəftar etməyi öyrənməlidir. Belə kursların olmasına ehtiyac var. Bu gün maddi durumu ağır olan şəxs şadlıq evi və restoranda ofisiant işləyir. Azərbaycanda əhalinin sosial durumu ağırdır, dolanışıq çətindir. Bir şəxs hər hansı ictimai iaşə müəssisəsində çalışmaq istəyirsə, gərək həmin müəssisənin sahibi işləmək istəyənə həmin peşə ilə bağlı məlumat versin". İ.Hüseynli hesab edir ki, yetkinlik yaşına çatmayanların əməyindən istifadə etmək düzgün deyil. Aytən İsaqızı Geri dön |