Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səfir: Suriyada praktiki olaraq Azərbaycan vətəndaşı qalmayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Səfir: Suriyada praktiki olaraq Azərbaycan vətəndaşı qalmayıb

Səfir: Suriyada praktiki olaraq Azərbaycan vətəndaşı qalmayıb


Hazırda Suriyada praktiki olaraq Azərbaycan vətəndaşı qalmayıb. Bu barədə açıqlamasında Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev bildirib.
"Səfirliyin konsulluq qeydiyyatında olan və Suriyada müvəqqəti işləyən və oxuyan Azərbaycan vətəndaşlarının bir hissəsi hələ bu ölkədə vəziyyətin kəskinləşməsinin başlanmasına qədər ölkəni tərk edərək vətənə qayıdıblar. Vətəndaşlarımızın digər hissəsi isə bu ilin may ayında Rusiya və digər MDB vətəndaşları ilə birgə Rusiya FHN-in təyyarələri ilə təxliyyə olunub, daha əvvəl təxliyyə olunmaqdan imtina edən bir neçə şəxs isə sırağagün elə həmin yolla ölkəni tərk edib".
Diplomatın sözlərinə görə, bu gün ölkədə suriyalılarla ailə quran və bu ölkənin vətəndaşları olan azərbaycanlı qadınlar var və onlar həyat yoldaşları ilə birgə qalmaq istədiklərini əsaslandıraraq vətənə qayıtmaqdan imtina edirlər.
Əgər onlar fikirlərini dəyişsələr, səfirlik onların vətənə qayıtması üçün lazımlı köməyi göstərməyə hazırdır. Əliyev vurğulayıb: "Diplomatik missiya onlarla daima əlaqə qurur və onlara köməklik göstərilməsi ilə əlaqədar "qaynar xətt"in telefonları var. Əgər onlar Suriyanı tərk etmək istəsələr, onlara bu sahədə lazımı kömək göstəriləcək".
Azərbaycanın Suriyadakı səfirliyi bu ölkədə yaranan təhlükəsizliyi təhdidlə bağlı ötən ilin oktyabrında səfirliyin həmçinin akkreditasiya olduğu Livanın paytaxtı Beyruta köçürülüb.

Geri dön