Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil edilib
Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil edilib |
Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil olacaq. Bu barədə qərar bazar günü Buenos-Ayresdə Beynəlxalq olimpiya komitəsinin (BOK) üzvlərinin 125-ci sessiyasında səsverməsi nəticəsində qəbul olunub. RİA Novosti agentliyi məlumat verir.
Beynəlxalq olimpiya komitəsi 2013-ci ilin fevral ayında 2020-ci il yay Olimpiya oyunlarının proqramından güləşin çıxarılmasını tövsiyə edib. May ayında təşkilatın icraiyyə komitəsi iddiaçılar sırasında Olimpiya oyunları-2020 proqramında üç idman növünü güləşi, beysbol/softbol və skvoşu saxlayıb. Beynəlxalq olimpiya komitəsinin sessiyasında səsvermə nəticəsində güləş - 49, beysbol/softbol - 24, skvoş - 22 nümayəndənin dəstəyini alıb. Olimpiada-2020 Tokioda keçiriləcək. Güləş həmçinin yay Olimpiya oyunları-2024 proqramında da təmsil olunacaq. Geri dön |