Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Səhiyyə Nazirliyi Bakıda qanunsuz fəaliyyət göstərən 47 stomatoloji kabinet aşkarlayıb
Səhiyyə Nazirliyi Bakıda qanunsuz fəaliyyət göstərən 47 stomatoloji kabinet aşkarlayıb |
Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi Bakıda qanunsuz fəaliyyət göstərən 47 stomatoloji kabinet aşkarlayıb.
Nazirlikdən verilən məlumata görə, reydlər bu ilin may ayından etibarən keçirilir. Sözügedən müəssisələrin rəhbərlərinə qanunsuz fəaliyyətlərini dayandırmaları barədə xəbərdarlıq olunub. Xəbərdarlığa baxmayaraq, təkrar reydlər zamanı 47 obyektdən 12-sinin öz qanunsuz fəaliyyətini davam etdirdiyi faktı qeydə alınıb. Qanunvericiliyə uyğun olaraq, onların hamısına cərimələnib. Inzibati Xətalar Məcəlləsində lisenziya olmadan özəl tibbi fəaliyyət və əczaçılıqla məşğul olan fiziki şəxslərin 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslərin 5 min manatdan 10 min manatadək, hüquqi şəxslərin isə 20 min manatdan 30 min manatadək cərimə olunması nəzərdə tutulur. Reydlər nəticəsində qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilmiş 47 stomatoloji kabinetin əksəriyyəti paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında yerləşir. Nizami rayonunda 18, Xətai rayonunda 13, Binəqədi rayonunda 11, Nərimanov rayonunda 4, Nəsimi rayonunda isə 1 kabinetin lisenziyasız çalışdığı müəyyən olunub. Geri dön |