Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Xələf Xələfov: Xəzərin hüquqi statusunu tam razılaşdırmaq üçün bir çox vacib məsələlər həll olunmalıdır
Xələf Xələfov: Xəzərin hüquqi statusunu tam razılaşdırmaq üçün bir çox vacib məsələlər həll olunmalıdır |
“Ölkələrimiz arasında Xəzər dənizi çərçivəsində həyata keçirilmiş əməkdaşlıq, xüsusilə də strateji xarakter daşıyan iqtisadi layihələr bütün Xəzəryanı ölkələrin və onların xalqlarının gələcək inkişafına imkan yaradacaq”.Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun 33-cü iclasındakı çıxışında deyib.
X.Xələfov qeyd edib ki, Bakı sammitində imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin ratifikasiya prosesinin məhsuldar başa çatdırılması istiqamətində işlər davam etdirilməlidir: “İşçi qruplarının iclaslararası çoxtərəfli və ikitərəfli məsləhətləşmələrinin keçirilməsi əhəmiyyətlidir. Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələr arasında mövcud olan dostluq və əməkdaşlıq ruhuna uyğun olaraq öz həllini tapa bilər. Xüsusi qeyd etmək lazımdır ki, Xəzər dənizinin hüquqi statusunu tamamilə razılaşdırmaq üçün çox vacib məsələlər var ki, bunlar da təhlükəsizliyə, Xəzərin su səthinin istifadə məsələlərinə aid problemlər, Xəzər dənizinin mineral ehtiyatlarının istifadəsi və dibinin bölünməsi, bioloji resursların istifadə olunması və qorunması ilə bağlı məsələlərdir. Həmçinin ekoloji məsələləri də qeyd etmək istərdim. Xüsusilə qeyd etmək istəyirəm ki, bioloji resursların istifadə olunması və qorunması ilə bağlı saziş layihəsinin tezliklə razılaşdırılmasının başa çatdırılması, onun qəbul olunması Xəzəryanı ölkələrin qarşısında duran vacib və prioritet məsələdir”. Xəzərin ekologiyasına həsr olunmuş konvensiyanın qəbul olunmasının növbəti ildönümü olduğunu xatırladan X.Xələfov deyib ki, bu sahədə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq normal vəziyyətdə inkişaf etməkdədir: “Xüsusilə də bu konvensiyanın əməkdaşlığını əlaqələndirən katibliyin fəaliyyətə başlamasının prinsiplərini razılaşdırılması Xəzəryanı ölkələrin ekoloji sahədə əldə etdiyi nailiyyətlərdən sayıla bilər. Xəzəryanı ölkələr arasında çox səmərəli əməkdaşlıq münasibətləri qurulub və bütün ölkələr arasında mövcud olan dostluq qarşılıqlı anlaşma və hörmət münasibətləri imkan verir ki, Xəzərə aid olan bütün məsələlərin dövlətlər arasında dostluq və əməkdaşlıq ruhunda tezliklə həllinə nail ola bilək”. Nazir müavini Xəzər dənizində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin sahilyanı ölkələrin bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirildiyini vurğulayıb: “Bu əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətlər bütün Xəzəryanı dövlətlərin mənafeyinə xidmət edir. Bundan sonra da ölkələrimiz arasında Xəzər dənizi çərçivəsində həyata keçirilmiş əməkdaşlıq, xüsusilə də strateji xarakter daşıyan iqtisadi layihələr bütün Xəzəryanı ölkələrin və onların xalqlarının gələcək inkişafına imkan yaradacaq. Ümid edirəm ki, 33-cü görüş Xəzərin hüquqi statusunun müəyyən edilməsinin inkişafına təkan verəcək”. Geri dön |