Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyədə Gəzi parkı hadisələri yenidən təkrarlanır
Türkiyədə Gəzi parkı hadisələri yenidən təkrarlanır |
Qardaş Türkiyədə son günlərdə yenidən ən çox diqqət çəkən hadisələrdən biri müxtəlif şəhərlərdə etiraz aksiyalarına start verilməsidir. Bəzi ekspertlər hətta iddia edir ki, bu gedişlə məşhur Taksim olayları yenidən təkrarlana bilər. Xatırladaq ki, Türkiyənin İstanbul, Ankara, İzmir, Antakya və digər şəhərlərində yenidən hökumətə qarşı çıxışlar vüsət alıb. İstanbulun Dikmən prospektində nümayişçilər avtomobillərdən barrikadalar qurub.
Şəhər ətrafında yerləşən Mamak rayonunda isə polislər gecə yarısı nümayişçilərin düşərgəsinə hücum edib. Mamakda əhali dini lider Fətullah Gülənin himayəsi altında məscid və dini kompleksin tikintisinə etiraz edir. Nümayişçilər tikinti meydanında barrikadalar qurub. Əraziyə polis qüvvələri cəlb edilib. Ən gərgin vəziyyət isə İzmir və Antakyada yaşanır. Bu şəhərlərdə təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Lakin nümayişi dağıtmaq mümkün olmayıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın istefasını tələb edən aksiya iştirakçıları mərkəzi küçələrə daxil olmağa cəhd edib. İstanbulda isə bir neçə min insan etiraz aksiyası keçirmək üçün Kadıköy meydanına toplaşmağa başlayıb. Daxil olan məlumatlara görə, əraziyə çoxlu sayda polis cəlb edilib. İki gün əvvəl isə İstanbulda polis etiraz edənləri gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıdıb. Etirazçılar Taksim meydanına toplaşmaq istəyib, ancaq polis onları yaxın küçələrə sıxışdırıb və böyük insan qruplarının yaxınlaşmasının qarşısını alıb. Nəticədə ən azı 40 nəfər saxlanıb. Taksim meydanından gələn gözyaşardıcı qaza görə Türkiyə və İsveçin gənclər komandaları arasında Rəcəb Tayyib Ərdoğan adına stadionda keçirilən UEFA oyunu bir müddət dayandırılıb. Polis isə daş və fişənglərlə müqavimət göstərən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Həmçinin, paytaxt Ankarada və Hatayda nümayişlər keçirilib, polislə qarşıdurmalar yaşanıb. Daha çox Hatay vilayətində aksiyalar diqqət cəlb edib. Burada yerləşən Antakya rayonunda "Gəzi Parkı" hadisələrində ölən Abdulla Comərdin qatillərinin hələ də cəzalandırılmaması ilə bağlı aksiya keçirilib. Polisin xəbərdarlığına baxmayaraq, aksiya keçirməyə davam edən nümayişçilərə müdaxilə edilib. Xatırladaq ki, məhz burada 22 yaşlı gənc Ahmet Atak dünyasını dəyişib. Türkiyənin daxili işlər naziri Müəmmər Gülər isə bildirib ki, Atakın ölüm səbəbi hündürlükdən yıxılması olub: "Polisə heç kimin təlimat verməsinə ehtiyac yoxdur. Ona daşla, dəyənkələ hücum edilsə müdaxilə edər. Atakın ölümü ilə əlaqədar ortaya atılan iddialarla bağlı deyə bilərəm ki, polisimizin bu hadisə ilə əlaqəsi olmadığını deməyə tərəddüd etmirik. Onun ölümünün səbəbi yüksəkdən düşmə olub, buna şübhə yoxdur". Ekspertlər isə bundan əvvəlki aksiyaların təkrarlanmasının Türkiyəyə yenidən böyük zərbə vuracağını proqnozlaşdırır. Xatırladaq ki, Türkiyədə bu ilin may ayında təxminən üç həftə ərzində etiraz aksiyaları keçirilib. Rəsmi Ankara nümayişlərin antihökumət xarakteri daşıdığını bəyan edib. Həmin vaxt baş verən qarşıdurmalar nəticəsində dörd minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, 5 nəfər ölüb, 4,9 minə yaxın insan isə polis tərəfindən saxlanıb. Hazırda baş verənləri şərh edən Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgür Özaslan isə deyib ki, hər hansı siyasi hadisələr Türkiyədə əcnəbi turistlərin təhlükəsizliyinin təmin edilməsinə təsir etmir: "Turizm bizim ölkəmiz üçün iqtisadiyyatının prioritet sahələrindən biridir və dünyada nə baş verməsindən asılı olmayaraq, biz turistlərin təhlükəsizliyini 100 faiz təmin edirik". Onu da bildirək ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə paytaxt Ankarada təhlükəsizliyə dair toplantı keçirilib. Baş Nazirliyin rəsmi iqamətgahında baş tutan toplantıya baş qərargah rəisi, ordu generalı Nejdət Özəl, baş nazirin müavini Bəşir Atalay, xarici işlər naziri Əhməd Davudoğlu, daxili işlər naziri Müəmmər Gülər, milli müdafiə naziri İsmət Yılmaz, Baş Nazirliyin müşaviri Əfkan Ala, Milli Kəşfiyyat Təşkilatının müşaviri Xaqan Fidan qatılıb. Toplantıda ölkədə baş verən son olaylar, eləcə də mümkün Suriya əməliyyatı dəyərləndirilib Geri dön |