Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Prezidentliyə namizəd Fərəc Quliyev: Biz 2003-cü ildən, yəni yaranandan öz platformamızın üzərində işləyirik
Prezidentliyə namizəd Fərəc Quliyev: Biz 2003-cü ildən, yəni yaranandan öz platformamızın üzərində işləyirik |
Prezidentliyə hər bir namizədin platformasının olması ən vacib elementlərdən sayılır. Çünki belə bir iddia ortaya qoyan şəxs bununla ölkəni idarə etmək niyyətini bəyan etmiş olur. Dövləti idarə etmək üçün isə ən mühüm faktorlar komanda və platformadır. Sözdə sadə səslənsə də, platforma geniş mənanı özündə ehtiva edir.
Prezidentliyə iddialı olan ciddi namizədin seçki platforması onun komandası tərəfindən hazırlanmalıdır. Bunun üçün xeyli vaxt və vəsait sərf olunur. Məlumdur ki, qarşıdan gələn seçkilərdə İlham Əliyevin ən real alternativlərindən biri Milli Şuranın vahid namizədi Cəmil Həsənli olacaq. Cəmil Həsənlinin isə seçki platformasının tam hazır olduğu bildirilir. Bu barədə səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, Cəmil Həsənlinin seçki platforması hazırlanaraq özünə verilib: "Namizədimizin seçki platforması, demək olar ki, hazır vəziyyətdə özünü təqdim olunub. Cəmil bəy tərəfindən seçki platforması yüksək qiymətləndirilib. Bundan əlavə, seçki şüarları, təbliğat-təşviqat kampaniyası ən yüksək səviyyədə təşkil olunacaq". Bəllidir ki, Cəmil Həsənlinin prezidentlik iddiası cəmi bir ay əvvəl meydana çıxıb. Bu müddət ərzində isə namizədin platformasının hazırlanması məntiqi baxımdan real görünmür. Çstəlik, vahid komanda deyilən Milli Şurada işlərin heç də rəvan getmədiyini nəzərə alsaq, bu platformanın hansı komanda tərəfindən hazırlandığı sualı meydana çıxır. Başqa maraqlı detal isə ondan ibarətdir ki, elə platformanın hazır olması ilə bağlı məlumatlar cəmiyyətə ötürülən gün AXCP sədri Əli Kərimli vətəndaşları Cəmil Həsənlinin seçki platformasının müəyyənləşməsində iştiraka səslədi. Bu fakt isə platformanın hazırlığını təkzib edir. Ölkəni idarə etməyə iddialı olan bir namizədin platforması cəmi bir aya hazırlana bilərmi? Prezidentliyə namizədliyi qeydə alınan millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bir neçə ay ərzində ciddi platformanın hazırlanması mümkün deyil. Prezidentliyə namizəd hesab edir ki, hətta bu, bir ilə də ərsəyə gələ bilməz: "Biz 2003-cü ildən, yəni yaranandan öz platformamızın üzərində işləyirik. 500 səhifədən ibarət "Dirçəliş" proqramı hazırlayırıq. Həmin proqramı 50 səhifəyə qədər yığcamlaşdıraraq cəmiyyətə platformamız şəklində təqdim edəcəyik. Milli Şuranın mükəmməl bir proqram hazırlaya biləcəyinə inanmıram. İndiyə qədərki davranışları da bunu deməyə əsas verir. Həmin qurumun cəmiyyətə heç bir təsir imkanı yoxdur. İddialarına görə, Milli Şurada 49 təşkilat cəmləşir, ancaq mitinqə 3000-dən artıq adam çıxara bilmirlər. O cümlədən, Milli Şurada təmsil olunan siyasi partiya rəhbərlərinin hansısa konseptual bir əsər və ya kitab ortaya qoymasının da şahidi olmamışam. Faydalı iş əmsalı bu cür olan düşərgədə platformanı kim hazırlaya bilər? Təvazökarlıqdan uzaq olsa da deyim ki, 5 kitab müəllifiyəm. Yəni iddialı şəxs öz üzərində işləməlidir. Mən Cəmil Həsənlini savadlı bir alim kimi qəbul edirəm, ancaq namizəd olmaq üçün bu kifayət deyil. Onun komandası qəzetlərdə qeybət etməkdən başqa heç bir fəaliyyətlə məşğul olmur. Cəmil bəyin adı lap yaxın vaxtda ortaya çıxdı. Onlar Rüstəm İbrahimbəyovun ətrafında birləşmişdi. Kənardan da bir platformanın hazır şəkildə onlara təqdim olunması mənə təəccüblü gəlməz. Çünki Milli Şuranın platformasını Kremldəki Volodin yazmışdı, "kino"nu isə Rüstəm İbrahimbəyov çəkirdi. Onlarda yalnız belə bir platforma ola bilər". Geri dön |