Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda daha bir İran casusunun məhkəməsi başladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Bakıda daha bir İran casusunun məhkəməsi başladı

Bakıda daha bir İran casusunun məhkəməsi başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində İranın “Sepah” və “Hizbullah”dan sifariş alan İran vətəndaşı Bəhrəm Feyzinin cinayət işi üzrə məhkəmə başlayıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

Bəhram Feyzi Cinayət Məcəlləsinin 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasi-tələri, psixotrop (rəvangərdan) maddələri və ya onların oxşarlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

İranın Xüsusi Xidmət orqanının (ETTELAAT) əməkdaşı olan Bəhram Feyzi İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşırmış. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları B.Feyzini 2013-cü il martın 29-da həbs ediblər.

Geri dön