Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezidentliyə namizəd 40 milyard dolların ölkəyə gətirilməsini tələb edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Fərəc Quliyev > Prezidentliyə namizəd 40 milyard dolların ölkəyə gətirilməsini tələb edir

Prezidentliyə namizəd 40 milyard dolların ölkəyə gətirilməsini tələb edir


Fərəc Quliyev: “Neft pulları ölkəyə gətirilsin – sosial durum yüksəlsin - gəncər evsiz, işsiz qalmasın – oğlanlarımız didərgin düşməsin – ailələr dağılmasın – qızlarımız evdə qalmasın”


Dovlət Neft Fondunun vəsaitləri xarici ölkələrdə kredit kimi idarə olunur. Ölkəmizdə iqtisadçı ekspertlərin ən çox tənqid etdiyi məsələlərdən biri də dövlətin bu siyasəti ilə bağlıdır. Həmin vəsaitlə ölkəmizdə xeyli iqtisadi layihələr həyata keçirmək mümkündür ki, bu da ölkənin iqtisadi inkişafına böyük təkan vermiş olar. Buna qarşı ən sərt mövqeni isə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev ortaya qoymuşdur. O, millət vəkili kimi fəaliyyətində dəfələrlə bu məsələni gündəmə gətirmiş və Neft Fondunun vəsaitlərinin Azərbaycanda səmərəli istifadəsi ilə bağlı müxtəlif təkliflər vermişdir.
F.Quliyev Milli Məclisin 15 mart 2013-cü ildəki iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən də bununla bağlı demişdir ki, “Dövlət Neft Fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Təklif edirəm ki, Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilsin və əsgərlikdən qayıdan, kənd və rayonlarda yaşayan bütün gənclərə istinasız olaraq illik 3 faiz olmaq şərti ilə təsərrüfat fəaliyyəti üçün kredit və torpaq sahəsi, daimi yaşayış yeri şəhər olan gənclərə şəhər ətrafında mənzil tikmək üçün torpaq sahəsi və iş qurması üçün müvafiq layihə təkliflərinə uyğun olaraq eyni faizlə kreditlər nəzərdə tutan dövlət siyasəti proqramı hazırlansın”.
F. Quliyev nail olmağa çalışdığı bu təklifinin ölkəmiz üçün həm iqtisadi, həm də sosial səmərələrinin geniş izahını vermişdir. Birincisi, Xarici ölkələrdə illik 3 faizlə idarə olunan Neft Fondunun vəsaitlərinin həmin faizlə ölkəmizdə gənclərə kredit şəklində verilməsi, həm də millət vəkilinin təklif etdiyi kimi kənd və rayonlarda yaşayan gənclərə təsərrüfat fəaliyyəti üçün istisnasız ayrılması, heç şübhəsiz ki, kənd təsərrüfatı sektorunun sürətli inkişafına səbəb olacaq. Təklifin ikinci hissəsində deyildiyi kimi, şəhərdə yaşayan gənclərə aşağı faizlə həm mənzil tikmək həm də iş qurmaq üçün kreditlərin ayrılması isə orta sahibkarlığın inkişafına səbəb olar. Ən azından gənclər topladıqları vəsaitləri mənzil problemlərinin həllinə deyil, kiçik bir biznes qurmağa sərf edərlər. Millət vəkili fikirlərini əsaslandırır ki, bu halın kütləviləşməsi, dünya təcrübəsində özünü doğrultmuşdur. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə kütləvi şəkildə gənclərə biznes kreditlərinin aşağı faizlə verilməsi və gənclərin mənzil probleminin dövlət tərəfindən layihə şəklində həlli, həmin ölkələrdə yüngül sənayenin və orta sahibkarlığın sürətli inkişafına səbəb olub.
Digər tərəfdən isə Fərəc Quliyev dəfələrlə çıxışlarında bildirmişdir ki, yuxarıda sadalanan təbəqələrə aşağı faizlə kreditlərin istisnasız verilməsi, dolanışıq və vəsait toplamaq məqsədilə ölkəmizdən xaricə üz tutmuş gənclərin qayıdışına səbəb olacaq. Millət vəkili gənclərimizin xaricə üz tutmasını ölkəmiz üçün sosioloji böhran hesab edir ki, o bunun acı nəticələrinin artıq özünü göstərdiyini əsaslandırır. Birinci, xaricə dolanışıq və vəsait üçün üz tutanların əksəriyyəti oğlanlar olması, hazırda ölkəmizdə qadınların kişilərdən çox olmasının səbəblərindən biridir. Statistika Komitəsinin ötən illə bağlı açıqladığı rəqəmlərə görə ölkəmizdə hər 1000 kişiyə 1015 qadın düşür. Bu isə olduqca acınacaqlı və qarşısı alınması vacib olan bir böhrandır. Qadınların ailə qura bilməmələri və nigahların pozulmasının ilbəil artmasının səbəblərindən biri də bununla bağlıdır.
F. Quliyev məsəlin daha bir yaratdığı faciəni isə belə izah edir ki, məlum olduğu kimi xaricə üz tutan gənclərimizin əksəriyyəti Rusiyanı seçir. Rusiyaya gedən gənclərimizin isə bu ölkədə ya dövlət tərəfindən dəstəklənən terrorun qurbanına çevrilir, ya da məqsədli şəkildə yürüdülən milli təbliğatın təsiri altında mənəvi aşınmaya məruz qalırlar. Millət vəkilinə görə, ən pisi isə odur ki, Rusiyanın miqrantlara qarşı sərt mövqeyi azərbaycanlı gəncləri Rusiyada yaşama hüququ qazanmaq üçün bu ölkənin vətəndaşları ilə nigaha girməyə məcbur edir. Bu isə onun həmişəlik həmin ölkəyə bağlanmasına səbəb olur. Lakin onlar üçün burda fəaliyyət göstərmək və dolanmaq üçün minimum şərait yaradılsa Rusiyada yaşayan həmin azərbaycanlı “ordusu” vətənə geri dönər və dövlətimiz onların əməyindən və bacarığından lazımınca yararlanar. Eyni zamanda sadaladığımız böhran da aradan qalxar.

Geri dön