Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə: Güney azərbaycanlı fəallar türk dünyasının beynəlxalq elmi-mədəni konfransında...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan > Türkiyə: Güney azərbaycanlı fəallar türk dünyasının beynəlxalq elmi-mədəni konfransında...

Türkiyə: Güney azərbaycanlı fəallar türk dünyasının beynəlxalq elmi-mədəni konfransında...


Türkiyədə keçirilən türk dünyasının elmi-mədəni konfransında türk ölkələri və türk toplumlarının nümayəndələri iştirak ediblər.
Afyonkarahisar şəhərində keçirilən konfransda bir neçə güney azərbaycanlı fəal da iştirak edib və Məhsa Mehdili iclasın birinci günündə çıxış edib. Həmçinin güneyli musiqiçi Cavid Təbrizli də ikinci gün bir neçə Azərbaycan mahnısı ifa edib.
Konfrans sentyabrın 14 və 15-də Afyonkarahisar şəhərinin Kocatəpə universitetinin “Atatürk kongresi mərkəzi”-də keçirilib. Konfransda Türkiyə, Quzey Qıbrıs Türk Cümhuriyyəti, Azərbaycan Respublikası, Güney Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Krım, İraq türkmənlər cəbhəsi, Suriya türkmənlər cəbhəsi və Rusiyanın bir neçə türk muxtar respublikalarından nümayəndələr çıxış ediblər. Rəyasət heyəti isə prof. Mustafa Kafalı, prof. Abdulhaluk Çay, prof Zəkərya Kitabçı, prof Mustafa Ərkal və doktor Abdulkadir Sezgindən ibarət olub.
Rəyasət heyəti Əhməd Obalıdan GünAz TV-ni təsis etdiyi və fəaliyyətlərinə görə təşəkkür edib və Güney Azərbaycanın milli televiziyasının yaradan biri kimi onun savını (peyğam) konfrans iştirakçılarına çatdırıb. Ə.Obalı öz savında konfransın bütün təşkilatçılarına öz təşəkkürünü çatdırıb və AKP-nin Güney Azərbaycanda gedən proseslərə laqeyd münasibətindən təəssüfləndiyini bildirib. O, türk ziyalılarının bu kimi tədbirlər vasitəsi ilə Güney Azərbaycan türk millətinə olan diqqəət və qayğılarını da yüksək qiymətləndirib və prof. Musatafa Kafalıdan (rəyasət heyətinin sədri) 1972-dən bəri Güney Azərbaycanla əlaqədar yazdığı kitab və məqalələrə görə təşəkkkür edib.
Güney Azərbaycandan olan xanım Məhsa Mehdili isə konfransda çıxış edib və öz çıxışında bir neçə mühüm məqama toxunub. O, Güney Azərbaycanın tarix və siyasi coğrafiyasına işarə edərək, Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın ikiyə bölünməsini bildirib və hazırda Güney Azərbaycanın əsas problemini İranda insan haqlarının olmaması və İran coğrafiyasında Qacarlardan sonra anti-türk hakimiyyətlərinin qurulması ilə əlaqələndirib. Xanım Mehdili sözlərinin sonunda Qərbi Azərbaycan Vilayətində (ostan) kürd terrorizmi təhlükəsi və bəzi ölkələrin Türkiyə ilə Güney Azərbaycan sərhədlərində terrorizmi gücləndirməkdə marağlı olduqlarından danışıb.
Konfransın ikinci günündə türk dünyasının müxtəlif ölkə və bölgələrindən gələn sənətçilər musiqi ifa edib və yerli milli rəqslərini nümayiş etdiriblər. Güney azərbaycanlı tanınmış xanəndə Cavid Təbrizli də bir neçə Azərbaycan mahnısı ifa edərək tədbir iştirakçılarının diqqətini cəlb edib.
Konfransın son günündə türk dünyasının alimləri və ziyalılarının əlaqədə olmaqlarının zərurətinə təkid edilib.
Konfrans keçirildiyi müddətdə iştirakçılar arasında Güney Azərbaycanla bağlı braşuralar və təsvirlər yayılıb. Braşuralarda siyasi məhbuslar və Urmu gölü böhranı kimi məsələlərə işarə olunub.
Həmçinin İraq və Suriya türklərinin nümayəndələri, doktor Sevgi Kafalı (Türkiyə universitetlərinin ustadı) və prof. Mustafa Kafalı (İraq, Türkiyə və Almaniya universitetlərində tarix elmi üzrə ustadı) ilə türk dünyası və Güney Azərbaycanla bağlı müsahibələr alıb və bu materiallar yaxın günlərdə GünAz TV ekranı və televiziyanın internet saytında təqdim olunacaq.

Türkiyə: Güney azərbaycanlı fəallar türk dünyasının beynəlxalq elmi-mədəni konfransında...
Türkiyə: Güney azərbaycanlı fəallar türk dünyasının beynəlxalq elmi-mədəni konfransında...

Geri dön