Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Amerikanın beyin mərkəzi İranın Azərbaycana düşmən münasibət sərgiləməsinin səbəblərinə aydınlıq gətirib
Amerikanın beyin mərkəzi İranın Azərbaycana düşmən münasibət sərgiləməsinin səbəblərinə aydınlıq gətirib |
Bu fikirlər ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin Direktoru Riçard Veytsin hesabatında əksini tapıb.
“Ermənistan-Azərbaycan münaqişəsi zamanı İran özünün müsəlman qonşusuna deyil, xristian Ermənistanına daim dəstək olur”. Bu fikirlər dünyanın ən nüfuzlu beyin mərkəzlərindən sayılan ABŞ-ın Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin Direktoru Riçard Veytsin “Azərbaycanın bölgəsəl rolu: İran və digər bölgələr” (“Azerbaijan’s Regional Role: Iran and Beyond”) adlı hesabatda əksini tapıb. Beynəlxalq hərbi təhlükəsizlik üzrə məşhur “Müdafiənin ikinci xətti” (“Second line of Defense”) adlı Mərkəz tərəfindən yayımlanan hesabatda Azərbaycanın regionda (bölgə) qüdrətli bir dövlətə çevrilməsi fonunda İranın rəsmi Bakıya düşmən münasibət göstərdiyi bildirilir: “Azərbaycan hökumətinin rəsmi Tehranla normal münasibətlər qurmaq üçün əlindən gələni etməsinə baxmayaraq, İran daim Azərbaycan dövlətinin dünyəvi siyasətinə qarşı mənfi münasibətini gizlətməmiş və Azərbaycanda terror aktlarını və təhrikedici fəaliyyətləri dəstəkləməklə sabitliyi pozmağa çalışıb. İran liderlərinin bu cür addımlarını həm müdafiə, həm də hücum motivləri ilə izah etmək olar. Bəzi İran liderlərinə görə, əhalisinin böyük hissəsini şiələr təşkil edən Azərbaycan İrandakı İslam inqilabının ixracı üçün potensial hədəfdir. Digərlərinin Azərbaycana qarşı düşmən münasibətini müəyyən edən əsas amil isə Azərbaycanın dünyəvi dövlət quruluşu, Qərblə daha sıx münasibətlər qurmağa çalışması, müstəqil enerji, iqtisadi və təhlükəsizlik siyasəti ilə artan “yumşaq güc”üdür”. Sənəddə qeyd olunur ki, son bir neçə ildə İranın xüsusi xidmət orqanları Azərbaycanda Qərb və İsrail maraqlarına qarşı bir neçə terror aktlarını həyata keçirməyə cəhd edib və bunların qarşısı Azərbaycan təhlükəsizlik orqanları tərəfindən uğurla alınıb: “ İranın bu cür addımlarının arxasında məhz Azərbaycanın yumşaq gücünün artması və bunun İran rəhbərləri tərəfindən bir hədə kimi qiymətləndirilməsi durur. İranın ali rəhbərliyini qorxudan ən mühüm məqam odur ki, İranda yaşayan azərbaycanlılar, tarixi və mədəni baxımdan yaxın olan digər xalqlar bir gün İran rəhbərliyindən məhz Azərbaycan nümunəsində səmərəli daxili və xarici siyasətə malik hökumətin olmasını tələb edə bilərlər”. Geri dön |