Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağlıq Qarabağ münaqişəsi Ermənistanın gəlir mənbəyidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Dağlıq Qarabağ münaqişəsi Ermənistanın gəlir mənbəyidir

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın gəlir mənbəyidir


Zamiq Məmmədli: “Münaqişənin uzadılması erməni xalqına heç nə vermir, əslində “çözülməz Qarabağ düyünü” Ermənistandakı bəzi dairələrə aid yüksək gəlir gətirən “biznes” sahələrindən biridir”


Praqa Universitetinin əməkdaşı, Qafqaz məsələləri üzrə analitik Zamiq Məmmədli ilə müsahibə

- Son vaxtlar Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsinin həll edilməməsinin məsuliyyətini Azərbaycanın üzərinə atır. Ümumiyyətlə, münaqişəsinin uzanması Ermənistana nə qazandırır?
-Azərbaycanın bu məsələdə mövqeyi aydındır: Azərbaycanın ərazi bütövlüyünun bərpası, qaçqınların öz torpaqlarına geri qayıtması və Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək səlahiyyətli özünüidarə səlahiyyətlərinin verilməsidir. Söhbət kompromislərdən gedirsə, bu məsələdə Ermənistanın “kompromis”i nədən ibarətdir, heç kimə aydın deyil.
Ermənistanın hakim dairələrində belə bir fikir formalaşıb ki, münaqişənin uzadılması və indiki status-kvonun qorunması gələcəkdə hər hansı bir formada, Azərbaycanın istəyindən asılı olmayaraq Dağlıq Qarabağın ikinci erməni dövləti kimi dünya birliyi tərəfindən rəsmən tanınmasına gətirib çıxardacaq.
Münaqişənin uzadılması Ermənistan hakimiyyətinə ölkə xaricindəki varlı və güclü erməni diaspora təşkilatlarından ildə milyardlarla dollar gəlir və Rusiyadan imtiyazlar qazandırır. Bu münaqişənin uzadılması erməni xalqına heç nə vermir, əslində “çözülməz Qarabağ düyünü” Ermənistandakı bəzi dairələrə aid yüksək gəlir gətirən “biznes” sahələrindən biridir.

- Bəs münaqişə həll olunsa, erməni xalqı bundan nə qazanacaq və bölgədə pozitiv baxımdan hansı proseslər müşahidə oluna bilər?

-Münaqişənin həlli - əlbəttə ki, müharibəsiz həlli, erməni xalqı, sıravi Ermənistan vətəndaşı üçün də çox əhəmiyyətlidir. Sərhədlərin açılması, iqtisadi əlaqələrin və kommunikasiya xəttlərinin bərpası onminlərlə insanın rifahını yaxşılaşdıracaq. Bu həm də yeni-yeni iş yerləri və yeni iqtisadi imkanlar yaradacaq. Qarabağ münaqişəsinin həlli bölgədə demokratiyanın, insan haqqlarının inkişafı baxımından hər iki dövlətdə vətəndaş cəmiyyətlərinin qurulmasına, bölgədə turizmin inkişafı ilə birlikdə, ən əsası, daha çox xarici kapitalın və sərmayənin cəlb olunmasına gətirib çıxardacaq.

- Sizcə, Avropa Birliyi münaqişənin tənzimlənməsində funksiyanı öz üzərinə götürsə, problemin həllində hansısa dəyişikliklərin baş verməsi mümkündürmü?
- ATƏT-in Minsk qrupunun illərdir bu formatda davam edən “səyləri” onu göstərdi ki, ABŞ, Fransa və Rusiya ayrı-ayrılıqda heç biri bu münaqışənin həllində maraqlı deyillər. Azərbaycan və Ermənistan arasındakı ən optimal vasitəçı Avropa Birliyi ola bilər. Əgər tərəflər Avropa Birliyinin çətiri altında danışıqları davam etdirməkdə ortaya güclü siyasi iradə qoya bilsələr, yaxın gələcəkdə bu münaqişə hər iki tərəf üçün məqbul şəkildə öz həllini tapa bilər. Amma inanmıram ki, Rusiyadan bu qədər asılı olan Ermənistan öz patronundan imtina edib, Avropa Birliyinin vasitəçi rolu oynamasına razı olsun.

- Son illər İran-Ermənistan əlaqələri sürətlə inkişaf etməkdədir. Rəsmi Vaşinqton Ermənistanı İranla əlaqələrinə görə, hansısa bir formada cəzalandırmasını real hesab edirsinizmi?
-İranla Ermənistan arasındakı əlaqələr hər zaman yüksək səviyyədə olub, Qarabağ müharibəsi zamanı da İran Ermənistana əvəzolunmaz yardımlar göstərib, ona müxtəlif formalarda dəstək verib, indi də bu dəstək davam etməkdədir. Amma ABŞ heç vaxt bu əlaqələri təəssüf ki, açıq və rəsmi şəkildə tənqid etməyib, əksinə bunu “görməməzlikdən” gəlib. Çünki İran-Ermənistan münasibətlərində daha çox qazanan tərəf Ermənistandır. Ermənistanla münasibətlərdə İranın iqtisadi çıxarları daha çox olsaydı, yəqin ki, rəsmi Vaşinqton buna mane olmağa çalışardı. Ona görə də ABŞ-ın Ermənistanı hər hansı bir şəkildə cəzalandırması ehtimalı real deyil.

Elnur Eltürk

Geri dön