Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda sosial müavinət və təqaüdlər haqda məlumatı Elektron hökumət portalı vasitəsilə əldə etmək mümkün olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda sosial müavinət və təqaüdlər haqda məlumatı Elektron hökumət portalı vasitəsilə əldə etmək mümkün olacaq

Azərbaycanda sosial müavinət və təqaüdlər haqda məlumatı Elektron hökumət portalı vasitəsilə əldə etmək mümkün olacaq


Azərbaycanda vətəndaşlar bundan sonra sosial müavinət və təqaüdlər haqqında elektron xidmət vasitəsilə daha asan şəkildə ətraflı məlumat əldə edə biləcəklər.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” adlı elektron xidmətini “Elektron hökumət” (www.e-gov.az) portalı vasitəsilə təqdim edib.



Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər interaktiv xidmət növündən ödənişsiz istifadə edəcəklər. Portalda qeydiyyatdan keçmədən də ƏƏSMN-in sözügedən xidmətini seçdikdən sonra təqdim olunmuş xanalarda tələb olunan məlumatları dolduraraq elektron xidmətdən yararlanmaq mümkündür.



Qeyd edək ki, sosial müavinət və təqaüd təyinatı ilə bağlı müraciət ƏƏSMN-in Dövlət Sosial Təminat Xidməti tərəfindən qəbul edilir.



Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə lazımi məlumatlar verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.



Təqdim edilən sənədlər Dövlət Sosial Təminat Xidməti tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə təqdim edilir. Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 5 gündən gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 5 gün ərzində bu barədə rəhbərliyə məlumat verilir və sənədlərin rəsmiləşdirilməsi məqsədilə rəhbərliyin (nazir müavinlərinin və aidiyyəti şöbə müdirlərinin) iştirakı ilə toplantı keçirilir. Toplantının nəticəsi protokollaşdırılır və qərara müvafiq olaraq növbəti inzibati mərhələyə keçilir.



Qanuna əsasən sosial müavinətlər təqdim olunma əsaslarından asılı olaraq iki qrupa - aylıq müavinətlər və birdəfəlik müavinətlərə ayrılır. Sosial müavinətlərin məbləği ölkə başçısının fərman və sərəncamları ilə müəyyən edilir. Hazırda respublikamızda ayrı-ayrı kateqoriya vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə ölkə başçısının müxtəlif fərman və sərəncamlarına əsasən, Azərbaycan prezidentinin təqaüdləri təyin olunaraq ödənilir.

Geri dön