Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Niyaz Qaraöynəli: ”İrana tətbiq olunan beynəlxalq sanksiyalar onu qonşularına qarşı daha da aqressivləşdirə bilər”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Niyaz Qaraöynəli: ”İrana tətbiq olunan beynəlxalq sanksiyalar onu qonşularına qarşı daha da aqressivləşdirə bilər”

Niyaz Qaraöynəli: ”İrana tətbiq olunan beynəlxalq sanksiyalar onu qonşularına qarşı daha da aqressivləşdirə bilər”


“BMT Baş Assambleyasının bu qətnaməsi İranın beynəlxalq terrorizmin təşkilatçısı olmasını təsdiq edən və presedent yaradacaq mühüm bir sənəddir”.

Bu sözləri “Davam”a , “İnkişafa baxış” araşdırmalar mərkəzinin sədri, Yaxın Şərq və İran məsələləri üzrə tanınmış analitik Niyaz Qaraöynəli BMT Baş Assambleyasının İrana qarşı qəbul etdiyi “Beynəlxalq müdafiələri olan şəxslərə terror hücumları” qətnaməsini şərh edərkən bildirib.
“Bu sənədin ardınca İranla bağlı sanksiyalara qoşulan ölkələrin miqyasının və sayının genişlənməsi ehtimal edilə bilər. Bu sənədlə azından İranın "Sepah"ı və ona bağlı kəşfiyyat-təxribat qurumu olan "Əl-Qüds"ün örtük qurumlarının fəaliyyətinə daha həssas bir beynəlxalq mövqe olacağı gözləniləndir. İranın bu mərhələdə özünü böyük qüvvələrin qurbanı kimi göstərmək cəhdlərinin digər rəsmilərinin təhdidləri ilə müşahidə olunması Tehranın küncə sıxışdığını göstərir”,- deyə, analitik qeyd etdi.
Analitik onu da əlavə etdi ki, bu durumda İranın daha aqressiv bir yanaşmanı qonşu ölkələrə, o cümlədən Azərbaycana münasibətdə göstərə biləcəyi ehtimal etdiyini bildirdi.
“Bu hal eyni zamanda İranın Yaxın Şərqdəki alət və vasitələrinin də sıradan çıxması və etkisiz duruma düşürülməsi ilə seçilir. Suriya rejiminin taleyinin həll olunma vaxtının yaxınlaşması, "Hizbullah"ın da lojistik kanaldan məhrum olunması ilə nəticələnəcək. Bu fonda İranın Əfqanıstan cəbhəsi və İraqda fəallığını artıracağı, Azərbaycanla bağlı daha sərt, radikal münasibət sərgiləyəcəyi ehtimal olunur”-deyə, Niyaz Qaraöynəli vurğuladı.

Elnur Eltürk

Geri dön