Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Seçilən namizəd- Fərəc Quliyev
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar, Fərəc Quliyev > Seçilən namizəd- Fərəc Quliyev

Seçilən namizəd- Fərəc Quliyev


Azərbaycan seçki tarixində ilkin hadisə

Azərbaycan Respublikasının prezidentliyinə hər bir namizəd öz platformasında prezident seçilərsə, necə fəaliyyət göstərəcəklərini bəyan etməklə fərqli fikirlər irəli sürürlər. Lakin namizədlərin irəli sürdükləri əhəmiyyətli fikirlərlə yanaşı keçdikləri həyat yolu da önəmlidir.
Cəmiyyətdə döyüşçülərin niyə hakimiyyətdən uzaq qalması ilə bağlı qınaqlar həmişə müxtəlif şəkildə özünü göstərmişdir. Istər mətbuatda, istər də xalq arasında döyüşçülərimizə olan münasibət başqa ölkələrlə, ən çox da qonşu ölkələrlə müqayisələr edilir. Lakin, hakimiyyəti bu münasibətdə qınayan xalqın bu gün döyüşçünü ən başa gətirmək şansı var. Həm də o döyüşçünü ki, böyük siyasi təcrubə və elmi nəzəri biliklərə sahib, hər yerdə xalqının maraqlarını müdafiə etməyi bacaran və bunun üçün tutarlı təkliflər verməyi bacaran, bütün cəbhələrdə müharibə cəbhəsində olduğu kimi qəhrəmanlıqla döyüşməyi bacaran, millətçi bir siyasi liderdir. Azərbaycanının işğalına qarşı döyüşlərdə şərəfli döyüş yolu keçmiş Fərəc Quliyev prezident seçkilərinə qatılıb. Vətən və xalqın azadlığı yolunda əlində silah düşmənlə üzbəüz neçə dəfə ölüm təhlükəli savaş meydanından keçən, 24 vətənpərvər, qəhrəman oğullarla “Soyuq” hərbi bazasını rus hərbçilərindən təmizləyən və milliləşdirən xalq qəhrəmanı, İstiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev kimi siyasi liderin prezdentliyə namizədliyi Azərbaycan tarixində ilkin olaraq baş verən şərəfli bir hadisədir.
Fərəc Quliyev Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə –könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan müsadirə edib milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir.
1989-1991-ci illərdə Naxçıvanın erməni hücumlarından müdafiəsinin əsas təşkilatçılarından biri olub. Naxçıvanda özünümüdafiə dəstələri yaradan Fərəc Quliyev ermənilərin Naxçıvanı işğal etməsinin qarşısını alan önəmli işlərə imza atıb ki, bunlardan ən əsaslarından biri Naxçıvan-Ermənistan sərhəddində olan- “Soyuq” adlanan yüksəklikdə yerləşən, Azərbaycanın bütöv ərazisinə və Uzaq Şərqə nəzarət etmək gücündə olan hərbi-lakasiya stansiyasını 24 nəfərlə birgə ələ keçirməkdir. O dövrdə Naxçıvan Azərbaycanın ən qaynar nöqtələrindən biri idi və burda vəziyyət demək olar ki, idarə olunmaz hala gəlmişdi. Buna baxmayaraq, Fərəc Quliyevin rəhbərliyi altında AXC vəziyyəti nəzarət altına almağı bacardı. Bu, yanvar hadisələri zamanı Naxçıvana rus qoşunlarının girməsini önləyən əsas faktor oldu. 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən ələ keçirmiş həmin yüksəklikdə indi Azərbaycan milli ordusunun hərbi hissəsi yerləşib. Bu əməliyyat itkisiz ötüşsə də 5 nəfər döyüşçümüzün ayaqlarını soyuq aparmış və müxtəlif hissələrdən amputasiya olunmuşdur. Bu hərbi əməliyyata görə Fərəc Quliyev prezident Əbülfəz Elçibəy tərəfindən "Milli qəhrəman" adına layiq görülsə də, bu addan imtina etmişdir. Bu isə öz növbəsinə Vətənə qarşısındakı xidmətləri təbii borc kimi görməklə bərabər, öz qəhrəmanlığnı qəhrəmanlıq kimi görməmək xüsusiyyətinin zirvəsidir. Nə xoşbəxt bu ürəyə, bu düşüncəyə və bu dəyərə sahib olan insana! Bir inkaredilməz fakt var ki, əgər Naxçıvan üçün ən strateji əhəmiyyətli “Soyuq” hərbi bazası ermənilərin əlinə keçmiş olsaydı, indi Naxçıvanın da aqibəti Qarabağ ellərimizin aqibətinə bənzər bir vəziyyətdə olardı...
Hələ “Sərhəd hərakatı” başlayan vaxtlarda Güney Azərbaycanla Qüzey Azərbaycan arasındakı sərhədlərin sökülməsinə başçılıq edənlərdən biri Fərəc bəyin hansı təhlükələrdən keçdiyi barədə tarixi xatirələr və yazılmış əsərlərdən bizə ətraflı məlumdur. “Bütöv Azərbaycan” eposundan Fərəc bəy və azadlıq hərəkatı fəalları haqqında poetik qeydiyyatlar artıq geniş formada Azərbaycan xalqına məlumdur.
Sonradan günahsız yerə böhtana məruz qalan, söz yox ki, xarici düşmənlərin və daxili manqurtların təşkilatçılığı ilə səkkiz il həbsxana həyatı yaşamış zəka sahibi və mübariz, vətənpərvər Fərəc Quliyev elə həbsdə milli strategiyanı özündə əks etdirən 5 kitab yazmışdır.
Orta məktəb dövründən qızıl medalla Azərbaycan Tibb İnistitutuna qəbul olunub tələbə həyatına qədəm qoyduğu vaxtdan, indinin özündə də daim Vətən və xalqın azadlığı haqqında düşünən, şərait və imkan yaranan müddətdə əlində silah fiziki, siyasi aləmdə yazıları,fəaliyyəti və məntiqi çıxışları ilə dönməz mübarizə aparan Fərəc bəy hal-hazırkı durumda dünya azərbaycanlıları tərəfindən milli lider kimi qəbul edilmişdir. Onun ideoloji əsasını haqzırlamaqla təşkil etdiyi MDHP Elçibəy prinsiplərininə önəm verməklə fəaliyyət göstərir.
Azərbaycançılıq, türkçülük-turançılıq məramı ilə Bütöv Azərbaycan arzusuna çatmaq uğurunda ardıcıl mübarizə aparır.
Fərəc bəy tək Azərbaycan siyasiləri sırasında deyil, hal-hazırkı durumda dünya siyasiləri sırasında siyasi fəaliyyəti və dünyagörüşü baxımından üstün bir şəxsiyyətdir. Azərbaycan xalqı onu səksəninci illərin sonlarından başlayaraq siyasi və hərbi meydanlarda cəsarətli, dönməz vətən oğlu kimi tanımağa başlamışdır. O, Millət Vəkili kimi hər bir çıxışlarında və AVRONEST Parlament Assambleyasında ölkə təmsilçisi kimi beynəlxalq görüşlərdə Azərbaycan həqiqətlərini önə verməklə, qarşı tərəfi də bu həqiqətlərlə razılaşdırmağı bacaran səriştəli diplomat və çevik siyasətçidir.
Azərbaycan Respublikası Prezidentliyinə namizədlik üçün imza toplama kampaniyası zamanı imza verən çoxsaylı ziyalılar və xalq arasında aparılan ictimai sorğular Fərəc bəyi Azərbaycan Respublikasının Prezidenti kimi belə xarakterize edirlər: Korrupsiyasız cəmiyyət, qanunların aliliyinin həqiqi təminatı, elm-maarifin inkişafında sıçrayış, bir il müddətinə işğal olunmuş torpaqların ya hərbi, ya da siyasi yolla qaytarılması, işsizlik əzabından əzilən gəncliyin bütünlüklə işlə təmin olunması, Azərbaycan qadınlarına dövlət qayğısı, dünya azərbaycanlılarının ümumi Vətəni olan Azərbaycan dövlətinin hüquq və müdafiə məkanı kimi fəaliyyəti...
Azərbaycan xalqını 9 oktyabrda keçiriləcək prezident seçkisində MDHP-nın sədri, istiqlalçı deputat, millət vəkili və Qarabağ müharibəsi döyüşçüsü Fərəc Quliyevə səs verməyə çağırıram!

N. Göyçəli



Geri dön