Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Türk və erməni biznesmenlərindən ibarət qrup Ankaranın sərhədlərin açılması üzrə mövqeyini dəyişməyə qadir deyil"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > "Türk və erməni biznesmenlərindən ibarət qrup Ankaranın sərhədlərin açılması üzrə mövqeyini dəyişməyə qadir deyil"

"Türk və erməni biznesmenlərindən ibarət qrup Ankaranın sərhədlərin açılması üzrə mövqeyini dəyişməyə qadir deyil"


Türkiyə hakimiyyəti Ermənistan-Türkiyə sərhədlərinin açılması üzrə prinsipial mövqeyini dəfələrlə bildirib və Ankara öz mövqeyini dəyişməyəcək. Bu barədə Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partıyasından olan deputatı Mustafa Kabakçı deyib.

"Türkiyənin rəsmi şəxsləri - bu ya Baş nazir, ya Prezident və ya ölkənin XİN rəhbəri olsun - hər dəfə bu məsələdə öz qərarlığını və sarsılmazlığını qeyd edirlər" , - Türkiyə-Azərbaycan dostluq qrupunun həmsədri olan Kabakçı bildirib.

Onun sözlərinə görə, türk və erməni biznesmenlərindən ibarət qrup Ermənistan-Türkiyə sərhədlərinin açılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsində nəyisə dəyişdirmək iqtidarında deyillər.

Türk və erməni biznesmenləri bu gün əməkdaşlıq memorandumu imzalayıblar. Noyabrın 22-23-də Yerevanda Ermənistan-Türkiyə biznes forumu çərçivəsində imzalanan çərçivə sazişi iki ölkənin sahibkarlarının əlaqələrinin aktivləşdirilməsini, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində işgüzar strukturların lobbiçiliyini nəzərdə tutur.

Ermənistan tərəfindən bu tapşırığı Ermənistan Sənayeçilər və Sahibkarlar Şurası, Türkiyə tərəfindən isə Türkiyə-Ermənistan Biznesin İnkişafı Şurası (TABDC) həyata keçirəcək.

Kabakçı hesab edir ki, erməni-türk münasibətlərinin yaxınlaşdırılmasını təbliğ edən belə xarakterli bütün xəbərlər Türkiyə və Azərbaycanın ümumi düşmənləri tərəfindən yayılır.

"Bəzi güclər belə xəbərlərlə Türkiyə-Azərbaycan münasibətlərinə nifaq salmağa cəhd edirlər" , - o deyib.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan ikitərəfli münasibətlərin normallaşdırılması haqqında protokollar imzalayıblar. Bu protokolların qüvvəyə minməsi üçün hər iki ölkənin parlamenti onları ratifikasiya etməlidir. Türkiyə hökuməti bəyan edib ki, Ankara və Yerevan arasında münasibətlər Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını azad etdikdən sonra bərpa ediləcək.

İki ölkə arasındakı diplomatik münasibətlər 1993-cü ildən kəsilib. Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın tanınmamış "erməni soyqırımı"nın tanınması iddiası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.

Geri dön